Məhkəmə qərarları › İş №8(074)-161/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-161/2022

21.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-161/2022 21.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyevin təqdimatına Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 rayon Məhkəməsinin 2(074)-122/2022 saylı 01 mart 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il tarixli 108.LN.1675. 140619.00003 saylı kredit müqaviləsi üzrə 13077,32 manat əsas, 113,08 manat faiz, cəmi 13190,40 manat pul və ödənilmiş dövlət rüsum kimi ödənilmiş 159,97 manat pul alınaraq tələbkar LPO Tələbkar ASC-yə ödənilməlidir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ev 72-də qeydiyyatda olan xx.xx.1963-cü il təvəllüdlü Borclu barəsində olan 13190,40 manat pulu könüllü müddət ərzində tələbkar LPO Tələbkar ASC-nin xeyrinə ödəməyərək icra sənədinin icra etməmişdir. Həmçinin borclunun əmlak və gəlirlərinin axtarışları nəticə verməmişdir. Odur ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-122/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Məhkəmədən Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ev 72-də qeydiyyatda olan xx.xx.1963-cü il təvəllüdlü Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(074)- 122/2022 saylı icra sənədindən görünür ki, Borclu xx.xx.2019-cu il tarixli 108.LN.1675. 140619.00003 saylı kredit müqaviləsi üzrə 13077,32 manat əsas, 113,08 manat faiz, cəmi 13190,40 manat pul və ödənilmiş dövlət rüsum kimi ödənilmiş 159,97 manat pul alınaraq tələbkar LPO AGBank” ASC-yə ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 11 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 11 may 2022-ci il tarixli icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 84-1.1 maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu xx xxxxx 1963-cü ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi 72 saylı evdə qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar