Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-165/2022 05.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2015-ci il tarixli 2(060)-395/2015 saylı icra sənədinin icrası ilə əlaqədar borclu X2 məcburi gətirilməsi barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev məhkəməyə təqdimatla müraciət edərək borclu X2 məcburi gətirilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-395/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclular X1 və X5 cəmi 2674,46 manat və 30 manat Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş pul Tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan borclu X3 borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixdə göndərilmiş lakin borclu şöbəyə gəlməyərək icra sənədinin icrasından yayınmış "xxxx" ASC-nin xeyrinə ödəməmişdir. Beləiiklədə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan borclu X2 icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yaymır. Məhkəmədən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü borclu X2 polis vasitəsilə, Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur, Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-395/2015 saylı, xx.xx.2015ci il tarixli icra sənədindən görünür ki, borclular X1 və X5 cəmi 2674,46 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş pul tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Borclu X7 dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan məhkəmə əmri üzrə borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 11 mart 2015-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borcluya 10 gün müddətində icranı könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 11 mart 2015-ci il tarixli könüllü icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin könüllü icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və probasiya şöbəsinin 10 noyabr 2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu X4 Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən edildi ki, borclu X7 icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra məmurunun çağırışlarına gəlməkdən üzürsüz səbəbdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, borclu X7 məcburi qaydada Şamaxı rayon İcra və Probasiya şöbəsinə gətirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxxxxxxx 1991-ci il təvəllüdlü Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan borclu X6 məcburi qaydada Şamaxı rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(074)-165/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-165/2022
05.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver