Məhkəmə qərarları › İş №8(074)-166/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-166/2022

05.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-166/2022 05.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şamaxı rayon Məhkəməsinin 03 avqust 2015-ci il tarixli 2(074)-594/2015 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev məhkəməyə təqdimatla müraciət edərək Borclu məcburi gətirilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-594/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 1080 manat dəyərində 1 ədəd “Qorka” mebel, 640 manat dəyərində divan kreslo, 120 manat dəyərində yurnal stolu, 100 manat dəyərində televizor altlığı, 310 manat dəyərində yemək stolu və 6 ədəd stulları, 1800 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd taxt, 2 ədəd tumba, kamod taburetlə birgə, 1 ədəd şkaf, 35 manat dəyərində gecə lampası, 42 manat dəyərində ütü stolu, 20 manat dəyərində divar saatı, 1500 manat dəyərində mebel, 270 manat dəyərində qaz ocağı və hava təmizləyici, 50 manat dəyərində 2 dəst (3+5) qazan dəstləri-çuğun və aliminium, 45 manat dəyərində tavalar, 22 manat dəyərində 2 ədəd çuğun çaydan, 34 manat dəyərində 2+1+1 ədəd böyük teştlər, 50 manat dəyərində 5 ədəd vedrələr, 10 manat dəyərində 1 ədəd qoz çəkən, 12 manat dəyərində 1 ədəd ət çəkən, 5 manat dəyərində qoz sındıran, 7 manat dəyərində balon bağlayan, 20 manat dəyərində salat qabları, 480 manat dəyərində soyuducu “Nord” 350 manat dəyərində televizor, DVD/video ilə birlikdə JVC, 590 manat dəyərində LS paltayruyan maşın, 100 manat dəyərində tozsotan BEKO, 60 manat dəyərində elektrikli soba, 17 manat dəyərində ütü, 40 manat dəyərində ət çəkən, 60 manat dəyərində BEKO şirəçəkən, 24 manat dəyərində çaydan elektrikli, 920 manat dəyərində 4 ədəd döşək, 5 ədəd yorğan, 6 ədəd balınc, 6 ədəd döşəkcə, 24 manat dəyərində 1 ədəd elektrikli döşək, 95 mnaat dəyərində 4 ədəd odeyallar, 220 manat dəyərində 6 ədəd çexol, 4 ədəd döşək örtüyü, 190 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, 18 ədəd çay dəsmalı, 60 manat dəyərində 5 ədəd mələfə, 290 manat dəyərində 3 ədəd xalça, 30 manat dəyərində 2 ədəd ayaqaltı xalçalar, 55 manat dəyərində 1 dəst divan, kreslo üçün örtük, 135 manat dəyərində 2 ədəd pərdə, 145 manat dəyərində 8 ədəd müxtəlif örtüklər, 18 ədəd scooby Doo, 50 manat dəyərində 1 dəst şərab qabları, 7 manat dəyərində 3 ədəd meyvə qabı, 38 manat dəyərində 2 ədəd “lodka” formalı konfet qabı, 30 manat dəyərində 2 ədəd qənd-mürəbbə qabı, 40 manat dəyərində 12 ədəd armudu və 24 ədəd klassik, 30 manat dəyərində 2dəst bakal, 75 manat dəyərində Bohema dəsti, 55 manat dəyərində Bohema meyvə qabı, 45 manat dəyərində 3 ədəd güldan, 20 manat dəyərində 1 ədəd külqabı, 180 manat dəyərində çılçıraq, 320 manat dəyərində yemək dəst, çay servizi, qəhvə dəsti, 40 manat dəyərində gündəlik yemək dəsti, 20 manat dəyərində boşqablar, 30 manat dəyərində şirə qabı və bakal, 30 manat dəyərində gündəlik çay dəsti, 20 manat dəyərində kofe dəsti, 15 manat dəyərində 4 ədəd çayniklər, 20 manat dəyərində 3 ədəd mərtəbəli şirniyyat qabı, 35 mnaat dəyərində 4 ədəd meyvə qabı, 12 manat dəyərində 6 ədəd külqabı, 6 manat dəyərində 6 ədəd meyvə qabları, 16 manat dəyərində 2 ədəd qənd qabı, 9 manat dəyərində 12 ədəd stəkan, 25 manat dəyərində 36 ədəd nəlbəki, 24 manat dəyərində 12 ədəd kasa, 45 manat dəyərində çəngəl bıçaq dəsti, 50 manat dəyərində 6 ədəd podnos, 20 manat dəyərində hamam vannaları, su tutacaqlar, 20 manat dəyərində göyərti, tərəvəz meyvə doğramaq, qurutmaq üçün ləvazimatlar, 15 manat dəyərində oxlov, yaylan, döşəmə ağacı, 10 manat dəyərində bıçaq dəsti,25 manat dəyərində zibil vedrələri və təmizlik ləvazimatları və ya onların dəyəri 11565 manat pul alınıb X1 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatda olan Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixdə qərar göndərilmiş lakin bu günədək borclu şöbəyə gəlməyərək icra sənədinin icrasından yayınmış əmlakın dəyərini X1 ödəməmişdir. Beləliklə də Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatda olan Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yaymır. Məhkəmədən Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatda olan xx.xx.1979cu il təvəllüdlü Borclu polis vasitəsilə, Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-594/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 1080 manat dəyərində 1 ədəd “Qorka” mebel, 640 manat dəyərində divan kreslo, 120 manat dəyərində yurnal stolu, 100 manat dəyərində televizor altlığı, 310 manat dəyərində yemək stolu və 6 ədəd stulları, 1800 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd taxt, 2 ədəd tumba, kamod taburetlə birgə, 1 ədəd şkaf, 35 manat dəyərində gecə lampası, 42 manat dəyərində ütü stolu, 20 manat dəyərində divar saatı, 1500 manat dəyərində mebel, 270 manat dəyərində qaz ocağı və hava təmizləyici, 50 manat dəyərində 2 dəst (3+5) qazan dəstləri-çuğun və aliminium, 45 manat dəyərində tavalar, 22 manat dəyərində 2 ədəd çuğun çaydan, 34 manat dəyərində 2+1+1 ədəd böyük teştlər, 50 manat dəyərində 5 ədəd vedrələr, 10 manat dəyərində 1 ədəd qoz çəkən, 12 manat dəyərində 1 ədəd ət çəkən, 5 manat dəyərində qoz sındıran, 7 manat dəyərində balon bağlayan, 20 manat dəyərində salat qabları, 480 manat dəyərində soyuducu “Nord” 350 manat dəyərində televizor, DVD/video ilə birlikdə JVC, 590 manat dəyərində LS paltayruyan maşın, 100 manat dəyərində tozsotan BEKO, 60 manat dəyərində elektrikli soba, 17 manat dəyərində ütü, 40 manat dəyərində ət çəkən, 60 manat dəyərində BEKO şirəçəkən, 24 manat dəyərində çaydan elektrikli, 920 manat dəyərində 4 ədəd döşək, 5 ədəd yorğan, 6 ədəd balınc, 6 ədəd döşəkcə, 24 manat dəyərində 1 ədəd elektrikli döşək, 95 mnaat dəyərində 4 ədəd odeyallar, 220 manat dəyərində 6 ədəd çexol, 4 ədəd döşək örtüyü, 190 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, 18 ədəd çay dəsmalı, 60 manat dəyərində 5 ədəd mələfə, 290 manat dəyərində 3 ədəd xalça, 30 manat dəyərində 2 ədəd ayaqaltı xalçalar, 55 manat dəyərində 1 dəst divan, kreslo üçün örtük, 135 manat dəyərində 2 ədəd pərdə, 145 manat dəyərində 8 ədəd müxtəlif örtüklər, 18 ədəd scooby Doo, 50 manat dəyərində 1 dəst şərab qabları, 7 manat dəyərində 3 ədəd meyvə qabı, 38 manat dəyərində 2 ədəd “lodka” formalı konfet qabı, 30 manat dəyərində 2 ədəd qənd-mürəbbə qabı, 40 manat dəyərində 12 ədəd armudu və 24 ədəd klassik, 30 manat dəyərində 2dəst bakal, 75 manat dəyərində Bohema dəsti, 55 manat dəyərində Bohema meyvə qabı, 45 manat dəyərində 3 ədəd güldan, 20 manat dəyərində 1 ədəd külqabı, 180 manat dəyərində çılçıraq, 320 manat dəyərində yemək dəst, çay servizi, qəhvə dəsti, 40 manat dəyərində gündəlik yemək dəsti, 20 manat dəyərində boşqablar, 30 manat dəyərində şirə qabı və bakal, 30 manat dəyərində gündəlik çay dəsti, 20 manat dəyərində kofe dəsti, 15 manat dəyərində 4 ədəd çayniklər, 20 manat dəyərində 3 ədəd mərtəbəli şirniyyat qabı, 35 mnaat dəyərində 4 ədəd meyvə qabı, 12 manat dəyərində 6 ədəd külqabı, 6 manat dəyərində 6 ədəd meyvə qabları, 16 manat dəyərində 2 ədəd qənd qabı, 9 manat dəyərində 12 ədəd stəkan, 25 manat dəyərində 36 ədəd nəlbəki, 24 manat dəyərində 12 ədəd kasa, 45 manat dəyərində çəngəl bıçaq dəsti, 50 manat dəyərində 6 ədəd podnos, 20 manat dəyərində hamam vannaları, su tutacaqlar, 20 manat dəyərində göyərti, tərəvəz meyvə doğramaq, qurutmaq üçün ləvazimatlar, 15 manat dəyərində oxlov, yaylan, döşəmə ağacı, 10 manat dəyərində bıçaq dəsti, 25 manat dəyərində zibil vedrələri və təmizlik ləvazimatları və ya onların dəyəri 11565 manat pul alınıb X1 verilməlidir. Borclu dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan məhkəmə əmri üzrə borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 27 sentyabr 2017ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borcluya 10 gün müddətində icranı könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 27 sentyabr 2022ci il tarixli könüllü icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin könüllü icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və probasiya şöbəsinin 22 avqust 2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Borclu Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən edildi ki, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra məmurunun çağırışlarına gəlməkdən üzürsüz səbəbdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, Borclu məcburi qaydada Şamaxı rayon İcra və Probasiya şöbəsinə gətirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxxxxx 1979-cu ildə Şamaxı rayonunda anadan olmuş, Şamaxı rayonu Nağarxana kəndində yaşayan Borclu məcburi qaydada Şamaxı rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar