Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-20/2023 23.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Tələbkar, onun nümayəndəsi Nümayəndə və Borclu iştirakı ilə, Maraqlı şəxs “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-20/2020 saylı icra sənədinə əsasən, Tələbkar məxsus RX 12420219 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xətti Borclu hesabına bərpa edilməlidir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarı ilə Şamaxı Rayon Məhkəməsinin 2(074)-20/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar izahatında göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, ona məxsus RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xətti Borclu hesabına bərpa edilməli idi. Qeyd edilən icra sənədi Maraqlı şəxsnə daxil olmuş və borclu tərəfindən icra edildiyindən, xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Lakin 2023-cü ilin yanvar ayının əvvəllərində Borclu tərəfindən ona məxsus Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xətti yenidən kəsilmişdir. Dəfələrlə borcluya irad tutulsa da, sonuncu Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinin tələblərini yerinə yetirməkdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında Tələbkar nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini xahiş etdi. Məhkəmə iclasında Borclu bildirdi ki, o, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində göstərilən tələbi icra etmişdir. Lakin, bununla belə, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-20/2020 saylı icra sənədindən görünür ki, iddiaçi Tələbkar məxsus RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən 0,169 ha torpaq sahəsi olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən fərdi yaşayış evinə gələn su xətti cavabdeh Borclu hesabına bərpa edilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)- 2201/2020 saylı qətnaməsindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, icra sənədində göstərilən tələb icra edilməyərək, borclu tələbkara məxsus su xəttini bərpa etməmiş, bu barədə akt tərtib edilməmiş, tələbkarın ərizəsinə əsasən icraata xitam vermişdir. Bununla da, icra sənədi tam icra olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə, icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə də məhkəmə hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-20/2020 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-20/2020 saylı icra sənədi üzrə icraatda müvafiq mütəxəssisin iştirakı təmin edilməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Maraqlı şəxs “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-20/2020 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №8(074)-20/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-20/2023
23.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver