Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-23/2022 17.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Şamaxı şəhəri, H.Aslanov küçəsi ev 8-də qeydiyyatda olan xx.xx.1967-ci il təvəllüdlü Borclu polis vasitəsilə Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 02.05.2017-ci il tarixli qərarla icraatına başlanılmış, Şamaxı rayon Məhkəməsinin 2(074)-927/2017 saylı, 10.04.2017-ci il tarixli icra sənədinə əsasən borclular X3, Borclu və X1 müştərək qaydada cəmi 5668,69 manat və 20 manat ödənilmiş dövlət rüsumu "Aqrarkredit” QSC-nin xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar Şamaxı şəhəri,H.Aslanov küçəsi ev 8-də qeydiyyatda olan Borclu dəfələrlə rəsmi qaydada şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan banka olan borcunu ödəməyərək icra sənədinin icrasından qəsdən və bilərəkdən yayınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 10.04.2017-ci il tarixli, 2(074)- 927/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular X4, Borclu və X1 müştərək qaydada 4098,32 manat əsas və 1570,37 manat faiz, cəmi 5668,69 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu kreditor -“Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 02.05.2017-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 10.04.2017-ci il tarixli, 2(074)- 927/2017 saylı icra sənədi üzrə icraata başlanılmış və Borclu tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan “borclunun məcburi gətirilməsi haqqında” 18.11.2021-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Borclu ünvanlanmış 25.01.2022-ci il tarixli 316/4 saylı xəbərdarlığın surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 10.04.2017-ci il tarixli, 2(074)-927/2017 saylı icra sənədi üzrə olan borcunu təcili olaraq tam şəkildə ödəməsi və bu barədə qəbzlə birlikdə Şamaxı rayon icra və probasiya şöbəsində olması, ödəməyəcəyi təqdirdə barəsində axtarış elan olunacağı, məcburi gətirilmə barədə məhkəməyə təqdimat veriləcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında“ Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Şamaxı Rayon Məhkəməsinin 10.04.2017-ci il tarixli, 2(074)-927/2017 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Şamaxı rayon icra və probasiya şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şamaxı şəhəri, H.Aslanov küçəsi ev 8-də qeydiyyatda olan xx.xx.1967-ci il təvəllüdlü Borclu Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-23/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-23/2022
17.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver