Məhkəmə qərarları › İş №8(074)-24/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-24/2024

01.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-24/2024 01.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi, Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Tələbkar və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə izahın verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsi üzrə izah verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən, Şamaxı rayonu Çuxuryurd X1 0,03 ha, X8 0,06 ha və X10 0,12 ha həyətyanı torpaq sahəsinin satılması barədə qərarları, eləcə də Çuxuryurd Bələdiyyəsi tərəfindən Tələbkar məxsus 10,0679 ha torpaq sahəsinə aid verilmiş bütün alqı-satqı sənədləri etibarsız hesab edilməlidir. Həmçinin Şamaxı rayon məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən, X2, X14, X12, iddiaçı Tələbkar məxsus 10,0679 ha torpaq sahəsindən çıxarılsınlar və iddiaçı Tələbkar ona məxsus Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı- Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan 10,0679 ha torpaq sahəsindən Seriya MH № ******* çıxarışa uyğun olaraq istifadə hüququ təmin edilməlidir. Bundan sonra AR Ədliyyə Nazirliyi Şamaxı rayon İcra qrupunun Şamaxı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 75/11 saylı məktubu ünvanlanmış və icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2011-ci il tarixli 75 saylı qərarın surəti məlumat üçün göndərilmişdir. Eyni zamanda Şamaxı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli icra vərəqəsinin icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı rayon İcra qrupunun ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi İdarəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinə ünvanlanmış xx.xx.2011-ci il tarixli 75/11 saylı məktubu ilə qətnamənin (icra sənədinin) icra olunması bildirilmişdir. Tələbkarın müvafiq ərizəsinə əsasən Şamaxı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(074)-16/2011 saylı icra vərəqinin dublikatı verilmiş və Şamaxı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli məktubu ilə icra olunması üçün yenidən Şamaxı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sanədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraya yönəldilmiş, tərəflərə icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Tələbkar Şamaxı rayon icra və probasiya Şöbəsinə ərizə təqdim edərək, icra sənədinin həmin hissədə icrasını istəmədiyini bildirmişdir. Qeyd olunan icra sənədinin icrasinı təmin etmək məqsədilə xx.xx.2023-cũ il tarixə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlak Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşlarının, tələbkarın və şahidlərin iştirakı ilə icra təyin olunmuş, icra zamanı reyestr xidmətinin əməkdaşları tərəfindən torpaq sahəsi ölçülmüşdür. Torpaq sahəsi ölçülərkən tələbkara məxsus torpaq sahəsi başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədə yox, 385 metr məsafəyə düşdüyü bildirilmişdir. Bu isə tələbkarın haqlı şikayətinə səbəb olmuşdur. Reyestr xidmətinin eməkdaşlarının göstərdiyi tələbkara məxsus torpaq sahəsinin başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 385 metr məsafədən ölçülərsə icra sanədində göstərilən borcluların istifadəsində olan torpaq sahələri tələbkara məxsus torpaq sahəsinə düşmür. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlak Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən qeyd olunan torpaq sahəsinin başlanğıc nöqtəsinin Şamaxı-Pirqulu yolunun mərkəzi hissəsindən 385 metr məsafədə yerləşdiyi bildirilmiş, həmçinin icra sənədində göstərilən tələblə bağlı reyestr xidmətinin üzərinə hər hansısa bir vəzifə qoyulmadığı bildirilmiş və borclu qismində reyestr xidmətinin adı keçmədiyi qeyd olunmuşdur. Göstərilən səbəblərə və uyğunsuzluğua görə icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Halbuki, əvvəla qətnamədən görünür ki, məhkəmə prosesində iştirak etmiş 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin nümayəndəsi X6 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər tərəfdən, qətnamənin əsaslandırıcı hissəsindən qeyd edilir ki, məhkəmə baxışında məhkəməyə təqdim edilmiş xx.xx.2011-ci il tarixli Aktdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Komitənin Şamaxı rayon şöbəsinin, həmin Komitənin Ağsu rayonlararası yerquruluşu İdarasinin mütəxəssislərinin və Çuxuryurd Bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə mübahisəli sahəyə baxış keçirilmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada verilmiş və xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış seriya MH N ******* çıxarışa uyğun 10,0679 ha torpaq sahəsinin sərhədləri yerə köçürülmüş və mülkiyyətçi Tələbkar tanıdılmışdır; Ölçü zamanı ölçünün başlanğıc nöqtəsi Şamaxı- Çuxuryurd (Pirqulu) yolunun mərkəzi hissəsindən 355 metr məsafədə qoyulduğu göstərilmişdir. Həmçinin qətnaməndən görünür ki, "məhkəmədə müəyyən olundu ki, mübahisə predmeti olan Tələbkar məxsus Şamaxı rayonu Məlhəm Bələdiyyəsinin inzibati ərazisində yerləşən 10,0679 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********05 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 03 oktyabr 2008-ci ildə dövlət reyestrinde qeydiyyata alınmışdır. Seriya MH N ******* çıxarışa uyğun 10,0679 ha torpaq sahəsinin sərhədləri yerə köçürülmüş və mülkiyyətçi Tələbkar tanidilmişdir; ...Bundan əlavə AR DTXKnin mütəxəssisləri tərəfindən aparılmış ölçü nəticəsində mübahisəli torpaq sahəsinin, sahənin planı (cizgisi) və ölçüsünə uyğun olaraq Tələbkar mülkiyyətində olması və sahənin başlanğıc nöqtəsinin Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədə yerləşməsi müəyyən edilmişdir". Nəhayət, icra işindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnamasindən işdə iştirak etmiş 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən apellyasiya şikayəti verilməmiş, yəni həmin iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsi cavabdeh qismində olmasa belə, üçüncü şəxs qismində məhkəmə prosesində iştirak etmiş, həmin qətnamə ilə, o cümlədən qatnamə ilə müəyyən olunmuş hallar ilə razılaşmışdır. Nəticədə "İcra haqqında" AR Qanununun 14-cü maddəsinin tələblərini rəhbər tutaraq, Şamaxı rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsi üzrə izah verilməsi Məhkəmədən xahiş edilmiş, lakin Şamaxı rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bundan sonra iş üzrə Tələbkar tərəfindən mülkiyyətində olan torpaq sahələrinin əldə edilməsinə əsas hesab edilmiş arxiv sənədləri İcra şöbəsinə təqdim edilmiş və icra işinə əlavə edilmişdir. Bələ ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlat Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş Şamaxı rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2007-ci il tarixdə təsdiq olunmuş, reyestrdə 4ə-2/555 və 4ə-2/557 nömrə ilə qeyd edilmiş və xx.xx.2007-ci il tarixdə təsdiq olunmuş, reyestrdə 4ə-2/584 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqısatqı müqavilələri və həmin alqı-satqı müqavilələrinin bağlanmasına əsas hesab edilmiş arxiv sənədləri (notariat işləri) Tələbkar tərəfindən İcra şöbəsinə təqdim edilmiş və icra işinə əlavə edilmişdir. Həmin sənədlərdən də, yəni Tələbkar satılmış torpaq sahələrinin ilkin mülkiyyət və kadastr sənədlərindən də görünür ki, Tələbkar satılmış Şamaxı rayonu Məlhəm kəndi ərazisindəki torpaq sahələrinin başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayır. Bundan başqa, AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubu (arayışı) Tələbkar tərəfindən İcra şöbəsinə təqdim edilmiş və icra işinə əlavə edilmişdir. Həmin məktubun (arayışın) məzmunundan isə müəyyən olunur ki, hüquqi və ya fiziki şəxslər tərəfindən torpaq sahəsi özgəninkiləşdirilərkən həmin torpaq sahələrinin koordinatlarının dəyişdirilməsinə yol verilmir. Bundan başqa, Tələbkar tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, həmin 3 (üç) torpaq sahəsini aldıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 10,0679 ha torpaq sahəsinə mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən vahid, yəni satılmiş 3 müxtəlif torpaq sahasinə dair 1 çıxarış verilmiş, eyni zamanda Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə həmin 3 müxtəlif torpaq sahəsinə dair 1 "Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmin xx.xx.2008-ci il tarixdə tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" ilə Tələbkar satılmış torpaq sahələrinin ilkin mülkiyyət və kadastr sənədlərinin müqayisəli təhlilinden görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı rayon ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi zamanı uyğunsuzluq yaranmış, yəni həmin torpaq sahələrinin ilkin kadastr sənədlərinə (koordinatlarına) dəyişiklik edilmişdir. Bunun da nəticəsində tələbkara məxsus torpaq sahəsi ilkin sənədlərdə olduğu kimi, başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədə yox, 385 metr məsafəyə düşmüşdür. Qətnamadən də göründüyü kimi, məhz yuxarıda göstərilənlər nəzərə alınaraq, iddiaçı X7 ona məxsus Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan 10,0679 ha torpaq sahəsindən Seriya MH № ******* çıxrışa uyğun olaraq istifadə hüququ təmin edilmişdir. Belə olan halda, Tələbkar ona məxsus Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxi-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan 10,0679 ha torpaq sahəsindən Seriya MH № ******* çıxarışa uyğun olaraq istifadə hüququnun təmin edilməsini, həmçinin həmin masafədən istifadə hüququnun təmin edilməsi barədə icra sənədinin icra olunmasını, yəni 10,0679 ha torpaq sahəsinin texniki sənədi olan xx.xx.2008-ci il tarixdə tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü"ndə də ilkin mülkiyyət və kadastr sənədlərinə uyğun müvafiq düzəliş edilməsini və müvafiq qaydada ölçülüb ona təhvil verilməsini xahiş edir. Başqa sözlə, Tələbkar həmin qətnamənin ona məxsus Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan 10,0679 ha torpaq sahəsindən Seriya MH № ******* çıxarışa uyğun olaraq istifadə hüququnun təmin edilməsi, həmçinin həmin məsafədən istifadə hüququnun təmin edilməsi barədə icra sənədinin icra olunması, yəni - 10,0679 ha torpaq sahəsinin texniki sənədi olan xx.xx.2008-ci il tarixdə tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü”ndə ilkin, yəni həmin torpaq sahələrinin alqı satqısı zamanı mövcud olmuş mülkiyyət və kadastr sənədlərinə (koordinatlara) uyğun müvafiq düzəliş edilməsi və müvafiq qaydada ölçülüb ona təhvil verilməsi üçün əsas hesab edildiyini bildirir. Məhkəmə iclasında iştirak edən Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 izahat verərək bildirdi ki, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək bildirdi ki, ərizə üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, Şamaxı rayon məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən, X2, X14, X12, iddiaçı Tələbkar məxsus 10,0679 ha torpaq sahəsindən çıxarılmalı və iddiaçı Tələbkar ona məxsus Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən başlayan 10,0679 ha torpaq sahəsindən Seriya MH № ******* çıxarışa uyğun olaraq istifadə hüququ təmin edilməlidir. Lakin Tələbkar məxsus 10,0679 ha torpaq sahəsi Şamaxı rayonu Məlhəm kəndi ərazisində başlanğıc nöqtəsi Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 355 metr məsafədən ölçülərsə başqa vətəndaşalara məxsus torpaq sahələri ilə üst-üstə düşür. Lakin Şamaxı-Pirqulu avtomobil yolunun mərkəzi hissəsindən 385 metr məsafədən ölçülərsə Tələbkar məxsus 10,0679 ha torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(074)-24/2023 saylı qərardadının surətindən görünür ki, Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011ci il tarixli icra sənədinə izah verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi, Şamaxı rayon İcra və Probasiya Şöbəsi daha əvvəldə Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin izahı ilə bağlı məhkəməyə müraciət etmiş və həmin ərizə təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizədə göstərilən məsələyə artıq hüquqi qiymət verildiyindən və yeni əsaslar müəyyən edilmədiyindən təqdimatda göstərilən məsələyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Şamaxı Rayon Məhkəməsinin 2(074)-16/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə izahın verilməsinə dair ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar