Məhkəmə qərarları › İş №8(074)-27/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-27/2023

10.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-27/2023 10.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Borclu və Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-872/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Borclu Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 872/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan Borclu dəfələrlə rəsmi və şifahi qaydada dəvət edilməsinə baxmayaraq, şöbəyə gəlməmiş və aliment pulunu ödəməyərək, 2700 manat aliment borcu yaranmışdır. Bununla da, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədinin icrasından yayınır. Məhkəmə iclasında Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Borclu bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, övladları 2009-cu il təvəllüdlü Aygün, 2011-ci il təvəllüdlü Elza və 2014-cü il təvəllüdlü Məlik Nəsirovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün, ondan hər ay cəmi 390 manat aliment tutularaq, Tələbkar verilməlidir. Lakin, heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından, onun aliment borcu yaranmış və bu səbəbdən icra məmurunun çağırışlarına getməmişdir. Hazırda isə işlə təmin olunmuş, hissə-hissə ödəniş etməklə, borcunu ödəməyi öhdəsinə götürür və bundan sonra, icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gedəcəkdir. Göstərilənlərə əsasən, təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, Borclu məhkəmə iclasında iştirak etdiyindən, hazırda onun barəsində məcburi gətirilmə tədbirinin tətbiqi zərurəti aradan qalxmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İcra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar