Məhkəmə qərarları › İş №8(074)-29/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-29/2022

17.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-29/2022 17.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 12.07.2021-ci il tarixli qərarla icraatına başlanılmış, Şamaxı rayon Məhkəməsinin 2(074)-646/2021 saylı, 11.06.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 04 may 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 15.01.2010-cu il təvəllüdlü X4, 21.10.2011-ci il təvəllüdlü X3 və 10.12.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü Borclu dəfələrlə xəbərdar edilməsinə baxmayaraq 2700 manat aliment borcunu ödəməyərək icra sənədinin icrasını təmin etməmişdir. Həmçinin borclunun əmlak və gəlirlərinin axtarışları nəticə verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli 2(074)-646/2021 saylı icra sənədinin surətindən görünür ki, Borclu 04 may 2021-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 15.01.2010-cu il təvəllüdlü X4, 21.10.2011ci il təvəliüdlü X5 və 10.12.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 12.07.2021-cı il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli 2(074)- 646/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və Borclu tələbin dərhal icra edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin və məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqların borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş aliment borcunun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli 2(074)-646/2021 saylı icra sənədi üzrə borclu xx.xx.1983-cü ildə Şamaxı rayonu, Sabir Sovxozunda anadan olmuş, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar