Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-29/2023 16.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(006)-6287/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6287/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq, xx.xx.2016cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Tələbkar verilməlidir. Hazırda icra sənədi üzrə Şamaxı şəhəri, S.Vurğun küçəsi 10-da qeydiyyatda olan, xx.xx.1991-ci il təvəllüdlü Borclu 4822 manat aliment borcu yaranmışdır. Həmçinin, borclunun əmlak və gəlirlərinin axtarışları nəticə verməmişdir. Odur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6287/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Borclu "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məqsədəmüvafiqdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, icra sənədi üzrə tələbkar və borclu məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6287/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq, xx.xx.2016cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Tələbkar verilməlidir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6287/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən İcraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu icra sənədində göstərilən tələbin könüllü icrası təklif edilmişdir. Beləliklə, məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzrlü səbəb olmadan icra sənədini müəyyən olunmuş müddətdə icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan, təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1991-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №8(074)-29/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-29/2023
16.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver