Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-30/2022 17.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Şamaxı rayon Məhkəməsinin 2(074)-336/2020 saylı, 03.11.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehraliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına Şamaxı rayonu Şəhriyar qəsəbəsində 1.3430 ha və 0.6947 ha kənd təsərrüfatı təyinatlı toıpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 336/2020 saylı, 03.11.2020-ci il tarixli icra sənədinə əsasən borclular X3, Borclu və X2 müştərək qaydada ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə 4173,62 manat əsas,1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi 22.07.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına Şamaxı rayonu Şəhriyar qəsəbəsində 1.3430 ha və 0.6947 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına, Şamaxı rayonu Şəhriyar qəsəbəsində 104-30 ha və 0.6947 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli 2(074)-336/2020 saylı icra sənədinin surətindən görünür ki, X4, Borclu və X1 müştərək qaydada ləğv prosesində olan AGBank ASC-nin xeyrinə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 22.07.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli 2(074)-336/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və borclulara tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 1.3430 ha və Şamaxı şəhərində yerləşən 0.6947 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Borclu mülkiyyətindədir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aparılmış icra tədbirləri nəticəsində Borclu Şamaxı rayonu, Şəhriyar qəsəbəsində 1.3430 hektar və Şamaxı şəhərində 0.6947 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinə görə əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə təqdimat qismən təmin edilməli Borclu adına Şamaxı şəhərində yerləşən 1.3430 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli 2(074)-336/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 1.3430 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-30/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-30/2022
17.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver