Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-31/2022 17.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Şamaxı rayon Məhkəməsinin 2(074)-1874/2016 saylı 20.07.2016-ci il tarixli icra sənədi üzrə Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şamaxı rayon Məhkəməsinin 20.07.2016-cı il tarixli 2(074)-1874/2016 saylı icra sənədi üzrə Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon məhkəməsinin 12.12.2016-cı il tarixli 8(074)-485/2016 saylı qərardadı ilə mülkiyyətində olan “VAZ 21214” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)-1874/2016 saylı, 20.07.2016-cı il tarixli icra sənədinə əsasən ondan 3463,63 manat və 20 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilən icra sənədinin icrası məqsədilə Şamaxı rayon məhkəməsinin 12.12.2016-cı il tarixli 8(074)-485/2016 saylı qərardadı ilə ona məxsus olan “VAZ 21214” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Artıq borc ödənilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda mülkiyyətində olan “VAZ 21214” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Belə ki, əmlakına qoyulmuş həbs onun mülkiyyət hüquqlarını pozur və həmin əmlakının üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 8(074)-485/2016 saylı qərardadına əsasən borclu X1 mülkiyyətində olan “Vaz 21214” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı, avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 14.01.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, borc məbləği Borclu tutularaq Tələbkar ASC-yə ödənildiyindən Şamaxı rayon Məhkəməsinin 20.07.2016-cı il tarixli 2(074)-1874/2016 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Tələbkar ASC-nin 14.12.2018-ci il tarixli 135000/923 saylı məktubundan görünür ki, 20.07.2016-cı il tarixli 2(074)-1874/2016 saylı icra sənədi üzrə Borclu Tələbkar ASC-yə olan borcunu tam olaraq ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədi üzrə Borclu barəsində olan icra sənədi üzrə borc məbləği borcludan tutularaq tələbkarın xeyrinə ödənildiyindən, beləliklə borclunun avtomobili üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbsin saxlanılması üçün heç bir zərurət olmadığından, ərizə təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 8(074)-485/2016 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “Vaz 21214” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 20.07.2016-cı il tarixli 2(074)-1874/2016 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan “Vaz 21214” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 8(074)-485/2016 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-31/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-31/2022
17.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver