Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-32/2022 01.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu iştirakı ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 767/2019 saylı 01.10.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 17.12.2003-cü il təvəllüdlü X2 və 05.09.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat aliment alınaraq Tələbkar verilməlidir. İcra sənədi 02.10.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Hal-hazırda borc məbləği 2300 manat Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, Tələbkar olan borcun ödəmiş və o, da bu barədə notarial qaydada ərizə yazmışdır. Həmin ərizəni məhkəməyə təqdim edərək təqdimatın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(074)-767/2019 saylı icra sənədinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli 2(074)-273/2011 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılmış və cavabdeh Borclu qətnamə qanuni qüvvəsini aldıqdan sonra 17.12.2003-cü il təvəllüdlü X2 və 05.09.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 02.10.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 01.10.2019-cu il tarixli 2(074)- 767/2019 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin dərhal könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, Borclu tərəfindən 200 manat məbləğində aliment pulu Şamaxı rayon icra və probasiya şöbəsi təhvil almışdır. İş materiallarında olan ərizədən görünür ki, Tələbkar icra sənədi ilə bağlı gələcəkdə hər hansı tələbi və şikayəti olmayacaq və Şamaxı Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(074)-767/2019 saylı icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi tələbkar borcludan heç bir şikayət və tələbinin olmaması barədə ərizə ilə müraciət edərək Şamaxı Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(074)-767/2019 saylı icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(074)-767/2019 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığından təqdimat təmin edilə bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şamaxı rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(074)-767/2019 saylı icra sənədi üzrə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-32/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-32/2022
01.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver