Məhkəmə qərarları › İş №8(074)-33/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-33/2023

04.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-33/2023 04.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Pərvin Mehralıyevin təqdimatına Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(074)-872/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 872/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment alınıb, Tələbkar verilməlidir. Hazırda Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Borclu aylıq aliment pulunu ödəməkdən yayındığı üçün, onun yaranmış aliment borcu 2920 manat təşkil edir. Həmçinin, borclunun əmlak və gəlirlərinin axtarışları nəticə verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, icra sənədi üzrə tələbkar və borclu məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-872/2022 saylı icra vərəsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment alınıb, Tələbkar verilməlidir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-872/2022 saylı icra sənədi üzrə icra məmuru tərəfindən İcraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu icra sənədində göstərilən tələbin könüllü icrası təklif edilmişdir. Beləliklə, məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzrlü səbəb olmadan icra sənədini müəyyən olunmuş müddətdə icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan, təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1984-cü ildə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar