Məhkəmə qərarları › İş №8(074)-35/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-35/2022

01.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-35/2022 01.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Şamaxı rayon Məhkəməsinin 2(074)-1698/2018 saylı 08.11.2018-ci il tarixli icra sənədi üzrə Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2021-ci il tarixdə “QAZ 33021” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1698/2018 saylı, 08.11.2018-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X2 və X1 müştərək qaydada 1281,16 manat əsas, 622,65 manat faiz və 42,37 manat cərimə olmaqla, cəmi 1946,18 manat borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "AGBank”ASC-yə verilməlidir. Borclu Tələbkar ASC-nə olan borcundan 200 manat ödəniş etmişdir. Eyni zamanda Şamaxı rayon icra və probasiya şöbəsi tərəfindən borcu tutulması aldığı təqaüdə yönəldilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 235.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 08.11.2018-cı il tarixli 2(074)-1698/2018 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular- Borclu, X2 və X1 müştərək qaydada 1281,16 manat əsas, 622,65 manat faiz və 42,37 manat cərimə olmaqla, cəmi 1946,18 manat borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə verilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 10.12.2021-cı il tarixli, 8(074)- 171/2021 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan **-BB-*** dövlət qeydiyyat nişanlı, “QAZ 33021” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 10.02.2022-ci il tarixli 1097/4 saylı ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsinə ünvanlanan məktubundan görünür ki, Borclu pensiya alması məlum olmuşdur. Borclu aldığı pensiyadan 50%-ni tutaraq 1926,18 manat borcu Tələbkar ASC-nin xeyrinə tutaraq məbləğin 7%-i icra ödənişi olan 136,22 manat Şamaxı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına keçirilməlidir. İş materiallarında qəbzlərdən görünür ki, Borclu 19.11.2018-ci il tarixdə 50 manat, 17.12.2018-ci il tarixdə isə 100 manat məbləğində pul Tələbkar ASC-yə ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu barəsində olan icra sənədi üzrə borc məbləği borclunun təqaüdünə yönəldiyindən, beləliklə borclunun avtomobili üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbsin saxlanılması üçün heç bir zərurət olmadığından, ərizə təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 10.12.2021-cı il tarixli, 8(074)- 171/2021 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “QAZ 33021” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizə təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 08.11.2018-ci il tarixli 2(074)-1698/2018 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan “QAZ 33021” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin 10.12.2021-cı il tarixli, 8(074)- 171/2021 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar