Məhkəmə qərarları › İş №8(074)-37/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-37/2022

03.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-37/2022 03.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan “** OG *** qeydiyyat nişanlı, VAZ 21074 minik markalı” avtomobil üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)-2289/2017 saylı 13.09.2017-ci il tarixli icra sənədinə əsasən borclular X1, X2 və Borclu müştərək qaydada Tələbkar QSC-nin xeyrinə ümumilikdə 3396,15 manat və 20 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi 24.10.2017-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və 24.10.2017-ci il tarixdə icraya yönəldilmişdir. İcra sənədinin məcburi icra olunması və qalıq borcun ödənilməsi məqsədilə icra tədbirləri həyata keçirilmiş və Borclu adına olan “** OG *** qeydiyyat nişanlı, VAZ 21074 minik markalı ” avtomobil aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına olan “** OG *** qeydiyyat nişanlı, VAZ 21074 minik markalı” avtomobil üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli 2(074)- 2289/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular- X1,X2 və Borclu müştərək qaydada 2267,52 manat əsas, 1128,63 manat faiz, cəmi 3396,15 (üç min üç yüz doxsan altı manat 15 qəpik) manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu kreditor -Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 25.10.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli 2(074)-2289/2017 saylı məhkəmə əmri üzrə icraata başlanılmış və borclulara icranı 10 gün müddətində könüllü şəkildə təmin etməsi təklif edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluların əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində “** OG *** qeydiyyat nişanlı, VAZ 21074 minik markalı” avtomobilin qeydiyyata alınması müəyyən edilmişdir. İş materiallarında olan Borclu ünvanlanmış 25.06.2018-ci il tarixli 4322/4 saylı xəbərdarlığın surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli 2(074)-2289/2017 saylı icra sənədi üzrə olan borcunu təcili olaraq 05.07.2018-ci il tarixədək tam şəkildə ödəməsi və bu barədə qəbzlə birlikdə Şamaxı rayon İcra və Probasiya Şöbəsində olması, ödəməyəcəyi təqdirdə barəsində axtarış elan olunacağı, məcburi gətirilmə barədə məhkəməyə təqdimat veriləcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Borclu ünvanlanmış 21.01.2022-ci il tarixli 2807/6 saylı xəbərdarlığın surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli 2(074)-2289/2017 saylı icra sənədi üzrə olan borcunu təcili olaraq 01.02.2022-ci il tarixədək tam şəkildə ödəməsi və bu barədə qəbzlə birlikdə Şamaxı rayon İcra və Probasiya Şöbəsində olması, ödəməyəcəyi təqdirdə barəsində axtarış elan olunacağı, məcburi gətirilmə barədə məhkəməyə təqdimat veriləcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu məxsus olan “** OG *** qeydiyyat nişanlı, VAZ 21074 minik markalı” avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli 2(074)-2289/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “** OG *** qeydiyyat nişanlı, VAZ 21074 minik markalı” avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar