Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-39/2022 09.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu əmlakının üzərinə həbsin qoyulması barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Bağırovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şamaxı rayon məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(074)-1605/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına qeydiyyata alınmış ** BF *** qeydiyyat nişanlı VAZ 2106 minik markalı qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatda göstərilir ki, Şamaxı rayon məhkəməsinin 2(074)-1605/2017 saylı 12.06.2017-ci il tarixli icra sənədinə əsasən borclular X2 və X1 müştərək qaydada Tələbkar QSC-nin xeyrinə ümumilikdə 2746.97 manat və 20 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi 06.07.2017-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatma daxil olmuş və 06.07.2017-ci il tarixdə icraya yönəldilmişdir. İcra sənədinin məcburi icra olunması və qalıq borcun ödənilməsi məqsədilə tərəfimdən icra tədbirləri həyata keçirilmiş və borclu X4 adma olan “** BF *** qeydiyyat nişanlı, VAZ 2106 minik markalı ” avtomobil aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə borclu X4 adma olan “** BF *** qeydiyyat nişanlı, VAZ 2106 minik markalı ” avtomobil üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmədən X4 adına olan ** BF *** qeydiyyat nişanlı, VAZ 2106 minik markalı avtomobil üzərinə həbs qoyulması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişdir və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(074)- 1605/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular X1 və Borclu müştərək qaydada 2025,64 manat əsas borc, 721,33 manat faiz borcunun, cəmi 2746,97 (iki min yeddi yüz qırx altı manat 97 qəpik) manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu kreditor -Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkuilatının Şamaxı filialının xeyrinə tutulmalıdır. İcra sənədi 07 iyul 2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə göndərilmişdir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 07 iyul 2017-ci il tarixli icrata başlamaq haqqında qərarın surətindən görünür ki, borcluya 10 gün müddətində icranı könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 07 iyul 2021-ci il tarilxi bildirişindən görünür ki, borclu X3 icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilmişdir. Məhkəmə hesab edir ki, təqdimata icraata başlama haqqında qərar və könüllü icra barədə bildirişin surəti, həmin sənədləri borclunun ünvanına göndərilməsinə dair müvafiq reyestrdən çıxarış işə əlavə olunsa da, lakin, borclu X4 adına olan “** BF *** qeydiyyat nişanlı, VAZ 2106 minik markalı ” avtomobil aşkar olunması barədə sübut əlavə olunmamışdır. Belə olan halda təqdimat əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(074)-39/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-39/2022
09.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver