Məhkəmə qərarları › İş №8(074)-40/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-40/2023

20.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-40/2023 20.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Maraqlı şəxs icra məmuru X1 iştirakı ilə, Maraqlı şəxs “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-305/2019 saylı icra sənədinə əsasən, Şamaxı rayonu, Pirsaat yaşayış massivində yerləşən, ümumi sahəsi 1687,5 kv.m. qeyri-yaşayış sahəsi cavabdeh Borclu tərəfindən boşaldılmalı, qeyri-yaşayış sahəsi əşyalar çıxarılmaqla, boşaldılmış vəziyyətdə Tələbkar ASC-yə təhvil verilməli, ödənilmiş 10 manat dövlət rüsumu Borclu tutularaq, Tələbkar ASC-yə ödənilməlidir. Maraqlı şəxs xx.xx.2022-ci il tarilxi qərarı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-305/2019 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda Tələbkar ASC tərəfindən Maraqlı şəxs “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından şikayət verilərək, həmin qərarın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” Maraqlı şəxs icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız, həmçinin Tələbkar ASC-nin mənafelərinə ziddir. Belə ki, icra məmuru öz qərarını əsaslandırarkən, icra sənədinə əsasən əmlakın boşaldılaraq, tələbkara təhvil verildiyini və icra vərəqəsinin tam icra olunduğunu qeyd etsə də, icra sənədində göstərilmiş əmlak boşaldılaraq, Bankın nümayəndəsinə təhvil verildikdən sonra, Bank tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Şamaxı ərazi idarəsinə müraciət edilərək, əmlakın texniki pasportunun surəti əldə edilmiş və müəyyən olunmuşdur ki, icra vərəqəsində göstərilən əmlak tam təhvil verilməmişdir. İcra məmurunun qərarı Banka rəsmi şəkildə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Hesab edirlər ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi labüddür. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X2 bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-305/2019 saylı icra sənədi icraya yönəldilmiş, müvafiq qaydada icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. İcra sənədinin icra olunması barədə xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuş və xx.xx.2022-ci il tarixdə “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” tərəfindən qərar qəbul olunmuşdur. Lakin, sonradan müəyyən olunmuşdur ki, texniki pasportda göstərilən həddə qeyri-yaşayış sahəsi tam olaraq tələbkara təhvil verilməmişdir. Göstərilənləri nəzərə alaraq, “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərardan Tələbkar ASC tərəfindən verilmiş şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə tələbkar və borclu məhkəməyə gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etdi. Məhkəmə icra məmurunun izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. İş materiallarından göründüyü kimi, icra sənədində göstərilən qeyri-yaşayış sahəsi tam olaraq tələbkara təhvil verilməmiş və bununla da, icra sənədi tam icra olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə, icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə də məhkəmə hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)- 305/2019 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Maraqlı şəxs “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)-305/2019 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar