Məhkəmə qərarları › İş №8(074)-41/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-41/2022

16.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-41/2022 16.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, ərizəçi Borclu Şamaxı rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 8(074)-64/2019 saylı qərardadı ilə torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon məhkəməsinin 2(074)-1060/2018 saylı, 12 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 06 iyun 2018-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25 noyabr 2014-cü il təvəllüdlü X5 və 01 fevral 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində aliment alınıb X4 verilməlidir. Şamaxı rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 8(074)-64/2019 saylı qərardadı ilə Borclu adına olan birgə mülkiyyət hüququ ilə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,04 ha, Hacıqədirli kəndində yerləşən 0,3556 ha, 0,0030 ha, 2,5257 ha və 4,7370 ha torpaq sahəsinin Borclu məxsus hissəsinə həbs qoyulmuşdur. Hazırda ərizəçi məhkəməyə müraciət edərək göstərmişdir ki, Şamaxı rayon məhkəməsinin 2(074)-1060/2018 saylı, 12 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan 06 iyun 2018-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25 noyabr 2014cü il təvəllüdlü X5 və 01 fevral 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində aliment alınıb X4 verilməlidir. Şamaxı rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 8(074)-64/2019 saylı qərardadı ilə Borclu adına olan birgə mülkiyyət hüququ ilə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,04 ha, Hacıqədirli kəndində yerləşən 0,3556 ha, 0,0030 ha, 2,5257 ha və 4,7370 ha torpaq sahəsinin Borclu məxsus hissəsinə həbs qoyulmuşdur. Həbs qoyulmuş Çuxuryurd kəndindəki 0,04 ha torpaq sahəsininüzərindən həbsin götürülməsi barədə tələbkar X2 rayon İcra və probasiya şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Şamaxı rayon Məhkəməsinin 27 mart 2019-cu il tarilxi 8(074)-64/2019 saylı qərardadı ilə onun adına olan birgə mülkiyyət hüququ ilə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,04 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclası onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon məhkəməsinin 2(074)-1060/2018 saylı, 12 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 06 iyun 2018-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25 noyabr 2014-cü il təvəllüdlü X5 və 01 fevral 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində aliment alınıb X4 verilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 8(074)-64/2019 saylı qərardadı ilə Borclu adına olan birgə mülkiyyət hüququ ilə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,04 ha, Hacıqədirli kəndində yerləşən 0,3556 ha, 0,0030 ha, 2,5257 ha və 4,7370 ha torpaq sahəsinin Borclu məxsus hissəsinə həbs qoyulmuşdur. İş materiallarında olan tələbkar X6 ərizəsində göstərmişdir ki, Şamaxı rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 8(074)-64/2019 saylı qərardadı ilə Borclu adına olan birgə mülkiyyət hüququ ilə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,04 ha, torpaq sahəsindən imtina edir və torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şamaxı rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 8(074)-64/2019 saylı qərardadı ilə Borclu adına olan birgə mülkiyyət hüququ ilə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,04 ha. torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənləri, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 20-21-ci maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 8(074)-64/2019 saylı qərardadı ilə Borclu adına olan birgə mülkiyyət hüququ ilə Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,04 ha. torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar