Məhkəmə qərarları › İş №8(074)-42/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-42/2022

14.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-42/2022 14.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən e t d i: Borclu ərizə ilə məhkəməyə müraciət edərək X1 adına olan “X4” minik markalı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun “Finca Azerbaijan” MMQBKT-yə borcu olduğundan X1 adına olan “X4” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulmuşdur. O, nəğd pul kredit borcunu tamamilə ödədiyindən tələbkar “Finca Azerbaijan” MMQBKT-nin yazılı xahişi ilə Şamaxı İcra və Probasiya Şöbəsi tərəfindən icraata xitam verilmişdir. Buna görə də zamini olmuş X1 adına olan X4 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə qoyulmuş həbs götürülməlidir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, üzərinə həbsin qoyulmuş “X4” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsus olsa da onun üzərinə qoyulmuş həbsin götürlməsi barədə ərizə Borclu tərəfindən imzalanmışdır. Lakin onun imza etmək səlahiyyətinin olmasını təsdiq edən heç bir sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 152, 263- 264, və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar