Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-43/2022 28.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu iştirakı ilə, Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0.12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-66/2022 saylı, 27.01.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 23 sentyabr 2021-ci il tarixdən başlayaraq 21.11.2009-cu il təvəllüdlü X3, 30.01.2011-ci il təvəllüdlü X4 və 27.07.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməlidir. İcra sənədi 28.01.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədində olan tələbin təmin etməmiş və onun 1800 manat aliment borcu yaranmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu adına Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0.12 ha torpaq sahəsi aşkar olunmuşdur. Tələbkar şöbəyə ərizə ilə müraciət edərək borclunun adına aşkar olunmuş torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə borclunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli 2(074)- 66/2022 saylı icra sənədinin surətindən görünür ki, cavabdeh X2 23 sentyabr 2021-ci il tarixdən başlayaraq 21.11,2009-cu il təvəllüdlü X5, 30.01.2011-ci il təvəllüdlü X4 və 27.07.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 28.01.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli 2(074)- 66/2022 saylı icra sənədi üzrə icraata başlanılmış və borclulara tələbin dərhal icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubundan görünür ki, Borclu adına elektron məlumat sistemində **********80 reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyət üzrə 0.69 hektar, JN-103A saylı şəhadətnaməyə əsasən ümumbirgə mülkiyyət üzrə 0,15 hektar, **********90 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində 0,12 hektar torpaq sahələri vardır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin **********90 reyestr nömrəli çıxarışından görünür ki, Borclu adına Şamaxı rayonu, Məlhəm kəndində 0.12 ha torpaq sahəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunmuş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və könüllü icra üçün borcluya verilmiş müddət ərzində borclu tələbi icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək üçün təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 27.01.2022-ci il tarixli 2(074)-66/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclunın mülkiyyətində olan Şamaxı rayonu, rayonu, Məlhəm kəndində 0.12 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-43/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-43/2022
28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver