Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-44/2022 28.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 8(074)-207/2017 saylı qərardadı ilə mülkiyyətində olan “Opel Vita” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 8(074)-207/2017 saylı qərardadı ilə mülkiyyətində olan “Opel Vita” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Artıq banka olan borc ödənilmişdir. Ona görə də ona məxsus avtomaşının üzərindən həbs götürülməlidir. Borc ödənildiyindən Şamaxı rayon İcra və Probasiya şöbəsinin 15 oktyabr 2020-ci il tarixli qərarı ilə Şamaxı rayon məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(074)-1609/2017 saylı qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 8(074)-207/2017 saylı qərardadına əsasən Şamaxı rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli 2(074)-1609/2017 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan “Opel Vita” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 15.10.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli 2(074)-1609/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu barəsində olan icra sənədi üzrə borc məbləği borcludan tutularaq tələbkarın xeyrinə ödənildiyindən, beləliklə borclunun avtomobili üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbsin saxlanılması üçün heç bir zərurət olmadığından, ərizə təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 8(074)-207/2017 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “Opel Vita” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizə təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli 2(074)-1609/2017 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan “Opel Vita” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 8(074)-207/2017 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-44/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-44/2022
28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver