Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-44/2023 27.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə Tələbkar ASC tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Tələbkar ASC tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, Şamaxı Rayon Məhkəməsinin 8(074)-59/2019 saylı, xx.xx.2019-cu tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz E270 CDİ” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1947/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, X1 və Borclu müştərək qaydada Tələbkar ASC-nin xeyrinə cəmi 5947,87 ABŞ dolları pul, 42 manat notariat xərci və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Aparılmış icra tədbiri olaraq, Şamaxı Rayon Məhkəməsinin 8(074)-59/2019 saylı, xx.xx.2019-cu tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz E270 CDİ” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda həmin avtomobilin üzərində həbsin qalmasına olan zərurət aradan qalxmış və bu səbəbdən, avtomobilin üzərinə qoyulmuş məhdudiyyət götürülməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1947/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, X1 və Borclu müştərək qaydada Tələbkar ASC-nin xeyrinə cəmi 5947,87 ABŞ dolları pul, 42 manat notariat xərci və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 8(074)-59/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, icra sənədinin icrası ilə bağlı Borclu adına qeydə alınmış “Mercedes Benz” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi, hazırda Tələbkar ASC məhkəməyə ünvanladığı müraciətində “Mercedes Benz” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin qalmasına olan zərurətin aradan qalxdığını əsas gətirərək, həmin məhdudiyyətin götürülməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 8(074)-59/2019 saylı, xx.xx.2019-cu tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 8(074)-59/2019 saylı, xx.xx.2019-cu tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №8(074)-44/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-44/2023
27.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver