Məhkəmə qərarları › İş №8(074)-49/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-49/2022

28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-49/2022 28.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, borclu Şamaxı şəhəri, Hacıbababəyov küçəsi ev 23-də qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü Borclu polis vasitəsilə Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 26.04.2017-ci il tarixli qərarla icraatına başlanılmış, Şamaxı rayon Məhkəməsinin 2(074)-844/2017 saylı, 03.04.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 2070,27 manat əsas, 261,46 manat faiz borcu, cəmi 2331,73 manat borc alınaraq "xxxx"ASC-yə verilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Borclu Tələbkar ASC-nin xeyrinə 20 manat tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şamaxı şəhəri, Hacıbababəyov küçəsi ev 23-də qeydiyyatda olan Borclu dəfələrlə rəsmi qaydada şöbəyə dəvət edilməyinə baxmayaraq gəlməmiş və barəsində olan 2351,73 manat banka olan borcunu ödəməyərək icra sənədinin icrasından qəsdən və bilərəkdən yayınmışdır. Beləliklədə Şamaxı şəhəri, Hacıbababəyov küçəsi ev 23-də qeydiyyatda olan Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli 2(074)- 844/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, Borclu 2070.27 AZN əsas, 261.46 AZN faiz borc cəmi 2331,73 AZN borc alınaraq “Kapital Bank" ASC-yə verilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Borclu "Kapit Bank” ASC-nin xeyrinə 20 manat tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 26.04.2017-cı il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli 2(074)- 844/2017 saylı icra sənədi üzrə icraata başlanılmış və Borclu tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan “borclunun məcburi gətirilməsi haqqında” 18.11.2021-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında“ Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Şamaxı Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli 2(074)-844/2017 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Şamaxı rayon icra və probasiya şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şamaxı şəhəri, Hacıbababəyov küçəsi ev 23-də qeydiyyatda olan xx.xx.1990-ci il təvəllüdlü Borclu Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar