Məhkəmə qərarları › İş №8(074)-50/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-50/2022

28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-50/2022 28.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şamaxı rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(074)- 1603/2017 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev məhkəməyə təqdimatla müraciət edərək Borclu məcburi gətirilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarilxi 2(074)-1603/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular- X4, Borclu və X1 müştərək qaydada 2197,71 manat əsas və 496,21 manat faiz, cəmi 2693,92 (iki min altı yüz doxsan üç manat 92 qəpik) manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu kreditor Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanda qeydiyyatda olan Borcluı Hikmət qızı dəfələrlə rəsmi qaydada şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan banka olan borcunu ödəməyərk icra sənədinin icrasından qəsdən və bilərəkdən yayınmışdır. Beləliklədə ünvan 1 evdə qeydiyyatda olan Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yaynır. Məhkəmədən ünvan 1 evdə qeydiyyatda olan Borclu polis vasitəsilə Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2- ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarilxi 2(074)- 1603/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular- X4, Borclu və X3 qızından müştərək qaydada 2197,71 manat əsas və 496,21 manat faiz, cəmi 2693,92 (iki min altı yüz doxsan üç manat 92 qəpik) manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu kreditor -Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıldır. Borclu dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan məhkəmə əmri üzrə borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 07 iyul 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borcluya 10 gün müddətində icranı könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 07 iyul 2017-ci il tarixli könüllü icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin könüllü icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və probasiya şöbəsinin 18 noyabr 2021-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclular X5, Borclu və X2 Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən edildi ki, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra məmurunun çağırışlarına gəlməkdən üzürsüz səbəbdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, Borclu məcburi qaydada Şamaxı rayon İcra və Probasiya şöbəsinə gətirilməlidir. “İcra haqqında” Azərbaycan llespublikası Qanununun 2.1-ci maddəsinə Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi 41 saylı evdə qeydiyyatda olan 10 dekabr 1991-ci il təvəllüdlü Borclu məcburi qaydada Şamaxı rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar