Məhkəmə qərarları › İş №8(074)-51/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-51/2023

23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-51/2023 23.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtiza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan “VAZ 21214 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu "xxxx" ASC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4471,66 manat məbləğində pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş yə həmin tarixdə icraya yönəldilmişdir. Aparılan icra tədbirləri nəticəsində, Borclu "xxxx" MMC-də işlədiyi müəyyən olunmuş və tələb borclunun gəlirinə yönəldilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə işdən azad olunmuşdur. Borclunun son ödənişi xx.xx.2022-ci il tarixdə 100 manat olmuşdur. Hazırda qalıq borc 2240 manat təşkil edir. Borclu ilə dəfələrlə əlaqə saxlamaq üçün cəhdlər olunsa da, əlaqə saxlamaq mümkün olmamışdır. İcra sənədinin məcburi icra olunması və qalıq borcun ödənilməsi məqsədilə icra tədbirləri həyata keçirilmiş və Borclu adına “VAZ 21214 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə, Borclu adına olan avtomobilin üzərinə həbs qoyulması məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, Borclu "xxxx" ASC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4471,66 manat və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 4491,66 manat pul tutulmalıdır. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişin surətindən görünür ki, Şamaxı rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı 10 gün müddətində könüllü şəkildə təmin etməsi təklif edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə, aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində “VAZ 21214 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyata alınması müəyyən edilmişdir. Hazırda isə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borclunun əmlakı üzərinə həbs qoyulmasını xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə, icra məmurunun təqdimatı təmin edilməli, Borclu adına qeydə alınmış “VAZ 21214 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şamaxı rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Borclu adına qeydə alınmış “VAZ 21214 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar