Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-53/2022 07.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədlərinin icrası ilə bağlı mülkiyyətində olan “Shacman” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-262/2010 saylı, 24.08.2010-ci il tarixli icra sənədinə əsasən Borclu 27866 ABŞ dolları cərimə sanksiyası və ya onun ekvivalenti manatla alınıb Tələbkar-nin hesabına ödənilməlidir. AR SM və PÜDKTTvə SÜDNX Sumqayıt Ərazi İdarəsinin 30.10.2014-cü il tarixli, 000464 saylı qərarına əsasən Borclu Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edimişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 253.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 12.05.2011-ci il tarixli qərardadının surətindən görünür ki, Borclu məxsus “Shacman” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 01.06.2015-ci il tarixli qərardadının surətindən görünür ki, Borclu məxsus “Shacman” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 12.06.2015-ci il tarixli Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 8(074)-219/2015 saylı 01.06.2015-ci il tarixli icra sənədi üzrə borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, borclu Şamaxı şəhəri, A.Əhmədov küçəsi, 58-də qeydiyyatda olan Borclu məxsus “Shacman” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 29 mart 2022-ci il tarixli 1412/4 saylı ƏƏSMN-nin tabeliyində DSMF-nin X1 Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Borclu aldığı pensiyanın 20%-i tutaraq 1500 manat borcu AR SM və PÜDKTTvə SÜDNX Sumqayıt Ərazi İdarəsinin xeyrinə tutulacaq məbləğin 7%-i icra ödənişi olan 105 manatı isə Şamaxı rayon icra və probasiya şöbəsinin depozit hesabına keçirilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 29 mart 2022-ci il tarixli 1413/4 saylı ƏƏSMN-nin tabeliyində DSMF-nin X1 Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Borclu aldığı pensiyanın 30%-i tutaraq 27866 Abş dolları borcu Tələbkar-nin xeyrinə tutulacaq məbləğinin 7%-i icra ödənişi olan 3316,04 manatı isə Şamaxı rayon İcra və Probasiya Şöbəsininin depozit hesabına köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu barəsində olan icra sənədi üzrə borc məbləği borclunun pensiyasına yönəldiyindən, beləliklə borclunun avtomobili üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbsin saxlanılması üçün heç bir zərurət olmadığından, ərizə təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 12.05.2011-ci il tarixli, 8(074)-9/2011 saylı və 01.06.2015-ci il tarixli 8(074)-219/2015 saylı və qərardadları ilə Borclu mülkiyyətində olan “Shacman” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizə təmin edilsin. Borclu mülkiyyətində olan “Shacman” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin 12.05.2011-ci il tarixli, 8(074)-9/2011 saylı və 01.06.2015-ci il tarixli 8(074)-219/2015 saylı qərardadları ilə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-53/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-53/2022
07.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver