Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-54/2022 07.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu iştirakı ilə, Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin 8(074)- 22/2018 saylı 24 yanvar 2018-ci il tarixli qərardadını ləğv edilməsini və ona məxsus "Mitsubishi Pajero" markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 8(074)-22/2018 saylı 24 yanvar 2018-ci il tarixli qərardadına əsasən ona məxsus "Mitsubishi Pajero" markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Hazırda Şamaxı rayon Məhkəməsinin 2(074)-334/2017 saylı 01.02.2017 saylı icra vərəqəsi üzrə tələb ödənilmiş, 29 mart 2022-ci il tarixdə icraata xitam verilmişdir, lakin avtomaşın üzərindən həbs götürülməmişdir. Bu səbəbdən də həmin avtomaşın üzərində mülkiyyət hüquqlarımı sərbəst şəkildə həyata keçirə bilmir. Məhkəmə iclasında iştirak edən Borclu ərizəsinə uyğun izahat verərək bildirdi ki, borc tamamilə ödənilib. Buna görə də ona məxsus “Mitsubishi Pajero” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 01.02.2017-ci il tarixli 2(074)-334/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular X2, X1 və Borclu müştərək qaydada əsas kredit borcu üzrə Tələbkar QSC-nin xeyrinə 459,24 manat, faiz borcu üzrə 159,69 manat, cərimə üzrə 45,92 manat, cəmi 664,85 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu əvəzi olaraq 20 manat məbləğində pul tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli 8(074)- 22/2018 qərardadının surətindən görünür ki, Borclu məxsus “Mitsubishi Pajero” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar QSC-nin məktubunun surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 01.02.2017-ci il tarixli 2(074)-334/2017 saylı məhkəmə əmri ilə təyin edilmiş borc məbləği tam olaraq ödənilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 29.03.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 01.02.2017-ci il tarixli 2(074)-334/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu barəsində olan icra sənədi üzrə borc məbləği borcludan tutularaq tələbkarın xeyrinə ödənildiyindən, beləliklə borclunun avtomobili üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbsin saxlanılması üçün heç bir zərurət olmadığından, ərizə təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli 8(074)-22/2018 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizə təmin edilsin. Borclu mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli 8(074)- 22/2018 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-54/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-54/2022
07.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver