Məhkəmə qərarları › İş №8(074)-57/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-57/2023

12.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-57/2023 12.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 2(074)-874/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu adına olan Şamaxı rayonu, Sabir qəsəbəsində 0,089 ha həyətyanı, 0,9167 ha əkin və 1,1029 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 874/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclular X4, X3, X5 və X1 müştərək qaydada ümumilikdə 9404,71 manat əsas və 589,11 manat faiz olmaqla, cəmi 9993,82 manat kredit borcu və 120,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar, bildiriş qəbul olunaraq, tərəflərə göndərilərək, qanunamüvafıq qaydada icraya yönəlmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə, icra tədbirləri həyata keçirilmiş və borclu X2 adına Şamaxı rayonu, Sabir qəsəbəsində 0,089 ha həyətyanı, 0,9167 ha əkin və 1,1029 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri aşkar olunmuşdur. Təqdimata baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-874/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu ilə bağlanmış xx.xx.2021-ci il tarixli BAKUl-45645-19736 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli BAKUl-45645-19736 saylı Razılaşma ləğv edilməli, borclular X4, X3, X5 və X1 müştərək qaydada ümumilikdə 9404,71 manat əsas və 589,11 manat faiz olmaqla, cəmi 9993,82 manat kredit borcu və 120,40 manat ödənilmiş dövlət rüsumunun əvəzi tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borclulara icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması təklif edilmişdir. Hazırda isə icra məmuru icra sənədinin icra olunması məqsədi ilə, Borclu adına olan Şamaxı rayonu, Sabir qəsəbəsində 0,089 ha, 0,9167 ha, 1,1029 ha torpaq sahələrinin üzərinə həbs qoyulmasını xahiş edir. “İcra haqqında” Qanunun 45.1 və 45.2-ci maddələrinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Beləliklə də, məhkəmə iclasında müəyyən edildi ki, Borclu adına Şamaxı rayonu, Sabir qəsəbəsində 0,089 ha, 0,9167 ha, 1,1029 ha torpaq sahələrinin olması, həmin əmlaklar üzrə borclunun tam hüquqlu sahibi olması göstərilsə də, həmin torpaq sahələrinin hansı hissədə borcluya məxsus olması barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinə görə, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Borclu adına Şamaxı rayonu, Sabir qəsəbəsində 0,089 ha həyətyanı, 0,9167 ha əkin və 1,1029 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmasına dair Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatı təmin olunmamalıdır. Yuxarıda göstərilənləri, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-21-45.6-cı maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şamaxı Rayon Məhkəməsinin 2(074)-874/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatı təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar