Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-58/2022 14.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin 8(074)- 138/2021 saylı, 06.10.2021-cı il tarixli qərardadı ilə onun adına olan “VAZ 21099” minik markalı **-BX-*** dövlət nişanlı avtomaşın üzərindən qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 8(074)-138/2021 saylı, 06.10.2021-cı il tarixli qərardadı ilə Borclu adına olan “VAZ 21099” minik markalı **- BX-*** dövlət nişanlı avtomaşın üzərinə həbs qoyulmuşdur. Şamaxı rayon məhkəməsinin qətnaməsinə əsasən iddiaçı X2 11 avqust 2011-cı ildə doğulmuş İsgəndərova Dəniz qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay atası Borclu 86 manat alınıb verilməsi barədə qətnamə qət olunmuşdur. 06.04.2022-cı il tarixdə bütün borclarını ödəmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli 8(074)-138/2021 qərardadının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 23.07.2012-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcu Borclu adına olan “VAZ 21099” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan tələbkar X1 06.04.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-354/2012 saylı, 23.07.2012-ci il tarixli icra sənədi üzrə Borclu mart ayı daxil olmaqla aliment borcu yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu barəsində olan icra sənədi üzrə borc məbləği borcludan tutularaq tələbkarın xeyrinə ödənildiyindən, beləliklə borclunun avtomobili üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbsin saxlanılması üçün heç bir zərurət olmadığından, ərizə təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli 8(074)-138/2021 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21099” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizə təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21099” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli 8(074)- 138/2021 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-58/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-58/2022
14.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver