Məhkəmə qərarları › İş №8(074)-58/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-58/2023

06.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-58/2023 06.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtiza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İcra məmuru Pərvin Mehraliyevin iştirakı ilə, Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına Şamaxı rayonu, Dəmirçi kəndində 13470 ha kənd təsərrüfatlı təyinatlı əkin sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 296/2022-013 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 4196,08 manat məbləğində pul vəsaiti Borclu tutularaq tələbkar Şamaxı rayonu, Dəmirçi Bələdiyyəsinin hesabına köçürülməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına Şamaxı rayonu, Dəmirçi kəndində 13470 ha kənd təsərrüfatlı təyinatlə əkin sahəsi aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına Şamaxı rayonu, Dəmirçi kəndində 13470 ha kənd təsərrüfatlı təyinatlə əkin sahəsinin üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Pərvin Mehralıyev izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-296/2022-013 saylı icra sənədinə əsasən 4196,08 manat məbləğində pul vəsaiti Borclu tutularaq tələbkar Şamaxı rayonu, Dəmirçi Bələdiyyəsinin hesabına köçürülməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 04 aprel 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişin surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-296/2022-013 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı 10 gün müddətində könüllü şəkildə təmin etməsi təklif edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluların əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aparılmış icra tədbirləri nəticəsində Borclu adına Şamaxı rayonu, Dəmirçi kəndində 13470 ha kənd təsərrüfatlı təyinatlı əkin sahəsinin qeydiyyata alınması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu məxsus olan Şamaxı rayonu, Dəmirçi kəndində 13470 ha kənd təsərrüfatlı təyinatlə əkin sahəsinin üzərinə həbs qoyulmalı, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-296/2022-013 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində 13470 ha kənd təsərrüfatlı təyinatlə əkin sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar