Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-59/2022 18.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şamaxı rayon məhkəməsinin 2(074)-89/2021 saylı 29 may 2019-cu il tarixli icra sənədinin izah edilməsi barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(074)-89/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında 14.06.2012-ci ildə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14.06.2012-ci il tarixdə 62 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmalı, tərəflərin birgə nikahlarından doğulmuş 13.08.2012-ci il təvəllüdlü X6 və 01.04.2014-cü il təvəllüdlü X7 cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar himayəsinə verilməklə iddiaçı Tələbkar yanında qalmalı və cavabdeh Borclu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan birgə nikahdan doğulmuş 13.08.2012-ci il təvəllüdlü X6 və 01.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar qızına verilməlidir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 29 may 2019cu il tarixli 2(074)-89/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ilə Cavabdeh Borclu arasında 14.06.2012-ci ildə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14.06.2012-ci il tarixdə 62 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmalı, tərəflərin birgə nikahlarından doğulmuş 13.08.2012ci il təvəllüdlü X6 və 01.04.2014-cü il təvəllüdlü X7 cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar himayəsinə verilməklə iddiaçı Tələbkar yanında qalmalı və cavabdeh Borclu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan birgə nikahdan doğulmuş 13.08.2012-ci il təvəllüdlü X6 və 01.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar qızına verilməlidir.Tələbkar X8 tərəfindən 30 mart 2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, azyaşlı uşaqlar 28 mart 2022-ci il tarixdə onun himayəsinə verilmiş və bu səbəbdən o aliment pulunun qətnamə qanuni qüvvəyə mindiuyi vaxtdan hesablanmasını xahiş etmişdir. Məhkəmədən Şamaxı rayon Məhkəməsinin 29 may 2021-ci il tarixli 2(074)-89/2021 saylı icra sənədi üzrə alimentin hansı tarixdən hesablanması barədə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verib göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(074)-89/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ilə Cavabdeh Borclu arasında 14.06.2012-ci ildə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14.06.2012-ci il tarixdə 62 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmalı, tərəflərin birgə nikahlarından doğulmuş 13.08.2012-ci il təvəllüdlü X6 və 01.04.2014-cü il təvəllüdlü X7 cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar himayəsinə verilməklə iddiaçı Tələbkar yanında qalmalı və cavabdeh Borclu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan birgə nikahdan doğulmuş 13.08.2012-ci il təvəllüdlü X6 və 01.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar qızına verilməlidir.Tələbkar X8 tərəfindən 30 mart 2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, azyaşlı uşaqlar 28 mart 2022-ci il tarixdə onun himayəsinə verilmiş və bu səbəbdən o aliment pulunun qətnamə qanuni qüvvəyə mindiuyi vaxtdan hesablanmasını xahiş etmişdir. İcra işi 28 mart 2022-ci il tarixdə icra olunmuşdur. Məhkəmədən Şamaxı rayon Məhkəməsinin 29 may 2021-ci il tarixli 2(074)- 89/2021 saylı icra sənədi üzrə alimentin hansı tarixdən hesablanması barədə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, tələbkar X3 ərizəsindən görünür ki, azyaşlı uşaqlar X5 və X9 28 mart 2022-ci il tarixdə ona verilmişdir. Hazırda uşaqlar onunla birlikdə yaşayır. İcra sənədi tam icra olunmuşdur. Bu barədə şikayəti və tələbi yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Qeyd olunan normanın tələbindən də aydın olur ki, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda izah verilir. Hazırda iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(074)-89/2019 saylı qətnaməsi 28 mart 2022-ci il tarixdə uşaqların verilməsi hissəsində icra olunmuş, yəni tərəflərin birgə nikahlarından doğulmuş 13.08.2012-ci il təvəllüdlü X6 və 01.04.2014-cü il təvəllüdlü X7 cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar himayəsinə verilmişdir. Qətnamədə alimentin tutulması qanuni qüvvəyə mindiyi gündən qeyd edilməsi, uşaqların verildiyi gündən alimentin tutulması kimi izah olunmalıdır. Göründüyü kimi 13.08.2012-ci il təvəllüdlü X6 və 01.04.2014-cü il təvəllüdlü X7 28 mart 2022-ci il tarixdən anasının himayəsinə verilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şamaxı Rayon Məhkəməsinin 29 may 2021-ci il tarixli 2(074)- 89/2019 saylı saylı icra vərəqəsinə izah verilməsi barədə müraciəti əsaslıdır və təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Şamaxı rayon Məhkəməsinin 29 may 2021-ci il tarixli 2(074)-89/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədi- tərəflərin birgə nikahlarından doğulmuş 13.08.2012-ci il təvəllüdlü X6 və 01.04.2014-cü il təvəllüdlü X7 cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar himayəsinə verildiyi gündən onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar qızına verilməlidir kimi izah olunsun. Qərardaddan 10 gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(074)-59/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-59/2022
18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver