Məhkəmə qərarları › İş №8(074)-59/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-59/2023

25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-59/2023 25.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtiza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, icra sənədi üzrə borclu X1 qanun üzrə vərəsəsi Borclu əmlakı üzərinə həbs qoyulması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borclu X1 qanun üzrə vərəsəsi olan Borclu mülkiyyətində olan Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 6,0020 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-393/2016 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, "xxxx" MMC-dən tələbkar "xxxx" ASC-nin xeyrinə 85153 ABŞ dolları əsas kredit borcu, 89070 ABŞ dolları faiz borcu, 81000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 255.223 ABŞ dolları məbləğində borc tutulmalıdır. İpotekaya qoyulmuş Şamaxı rayonu, Əhmədli kəndində yerləşən 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracda satılmalı və əldə olunmuş vəsait borclu "xxxx" MMC-nin banka olan kredit borcunun ödənilməsinə yönəldilməli və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2016-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, tərəflərə göndərilmişdir. İcra sənədi üzrə ipoteka predmeti olan Şamaxı rayonu, Əhmədli kəndində yerləşən 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Bakı Hərrac Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixli yekun protokol ilə "xxxx" QSC-yə 14.343,75 manat dəyərində satılmışdır. Qalıq borc məbləğinin ödətdirilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti Elektron İcra İnformasiya sistemi vasitəsi ilə yoxlanılmış və X1 adına Şamaxı rayon, Qızmeydan kəndində yerləşən 6,0020 ha kənd təsərrüfatı təyinatlı əkin sahəsi aşkar olunmuşdur. Əlavə olaraq bildirir ki, icra sənədi üzrə borclu X2 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi və onun qanun üzrə vərəsəsi Şamaxı Notariat kontorunun xx.xx.2022-ci il tarixli şəhadətnaməsinə əsasən, Borclu olması müəyyən olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-393/2016 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin surətindən görünür ki, "xxxx" MMC-dən tələbkar "xxxx" ASC-nin xeyrinə 85.153 ABŞ dolları əsas kredit borcu, 89.070 ABŞ dolları faiz borcu, 81.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 255.223 ABŞ dolları məbləğində borc tutulmalıdır. İpotekaya qoyulmuş Şamaxı rayonu, Əhmədli kəndində yerləşən 25 ha kənd təsərrüfatı təyinatlı və 2 ha ehtiyat fondu təyinatlı torpaq sahələrinin ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracda satılmalı və əldə olunmuş vəsait "xxxx" MMC-nin banka olan kredit borcunun ödənilməsinə yönəldilməli və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2016-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, ipoteka predmeti olan Şamaxı rayonu, Əhmədli kəndində yerləşən 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Bakı Hərrac Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixli yekun protokol ilə "xxxx" QSC-yə 14.343,75 manat dəyərində satılmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, iş üzrə borclu X2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və vəfat etmiş borclunun vərəsəsi olaraq Borclu Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixdə şəhadətnamə verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olan əmlak hərracda satılmaqla, tələbkarın mülkiyyətinə keçmiş və hazırda icra məmuru qanuni əsası olmadan kredit borcunun qaytarılmasında öhdəliyi olmayan borclu X1 qanun üzrə vərəsəsi Borclu əmlakı üzərinə həbs qoyulmasını xahiş edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə borclu X1 qanun üzrə vərəsəsi Borclu əmlakı üzərinə həbs qoyulması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İcra sənədi üzrə borclu X1 qanun üzrə vərəsəsi Borclu əmlakı üzərinə həbs qoyulması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar