Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-60/2022 14.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)- 174/2021 saylı, 01.02.2021-ci il tarixli icra sənədinə əsasən Borclu tələbkar "xxxx" MMCnin xeyrinə cəmi 5400 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır və Şamaxı rayon məhkəməsinin 2(074)-725/2020 saylı, 05.10.2020- ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar1 ASC-nin xeyrinə cəmi 4422,17 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunan icra sənədləri müvafiq olaraq 02.04.2021-ci il tarixdə və 10.12.2020-ci il tarixlərdə şöbəyə daxil olmuş və hər 2 icra sənədinin icraatına başlanılaraq icra tədbirləri aparılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(074)-725/2020 saylı icra sənədinin surətindən görünür ki, cavabdeh Borclu iddiaçı Kapital Bank ASC-nin xeyrinə 07.11.2019-cu il tarixli RGTK1614866A115 saylı kredit müqaviləsi üzrə 3719.72 manat əsas, 702,45 manat faiz borcu olmaqla, cəmi 4422,17 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 10.12.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(074)- 725/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və Borclu tələbin 10 gün müddətində icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli 2(074)- 174/2021 saylı icra sənədinin surətindən görünür ki, cavabdeh Borclu iddiaçı ABC X1 Cəmiyyətinin xeyrinə 01.08.2019-cu il tarixli müqavilə üzrə 1722 manat əsas, 20 manat cərimə, 27.10.2019-cu il tarixli müqavilə üzrə 3540 manat əsas, 50 manat cərimə, 28.10.2019-cu il tarixli müqavilə üzrə 59 manat əsas, 9 manat cərimə olmaqla, ümumilikdə cəmi 5400 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 05.04.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli 2(074)- 174/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və Borclu tələbin 10 gün müddətində icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 8(074)-92/2021 saylı qərardadından görünür ki, ünvan 1ində qeydiyyatda olan xx.xx.1995ci il təvəllüdlü Borclu Şamaxı rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli 2(074)-174/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 08.02.2022-ci il tarixli borclunun axtarılması haqqında qərarının surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 04.03.2022-ci il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərarından görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan Borclu olduğu, Şamaxı rayon Məhkəməsinin 2(074)-174/2021 saylı, 01.02.2021-ci il tarixli ,Şamaxı rayon Məhkəməsinin 2(074)- 725/2020 saylı, 05.10.2020-ci il tarixli icra sənədləri ümumi icraatda birləşmişdir. İş materiallarında olan Borclu ünvanlanmış 03.05.2021-ci il tarixli 2283/6 saylı xəbərdarlığın surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli 2(074)-174/2021 saylı icra sənədi üzrə olan borcunu təcili olaraq 24 may 2021-ci il tarixə kimi tam şəkildə ödəməsi və bu barədə qəbzlə birlikdə Şamaxı rayon İcra və Probasiya Şöbəsində olması, ödəməyəcəyi təqdirdə barəsində axtarış elan olunacağı, məcburi gətirilmə barədə məhkəməyə təqdimat veriləcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin və məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqların borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədlərinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, icra sənədləri üzrə borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(074)-725/2020 saylı və 01.02.2021-ci il tarixli 2(074)-174/2021 saylı icra sənədləri üzrə borclu xx.xx.1995-ci ildə ünvan 1ində anadan olmuş, ünvan 1ində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-60/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-60/2022
14.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver