Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-61/2022 21.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi ilə, Borclu “torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon məhkəməsinin 17.02.2022-ci il tarixli 8(074)-30/2022 saylı qərardadının ləğv edilərək ona məxsus Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən 1.3430 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)-336/2020 saylı 03.11.2020-ci il tarixli icra sənədinə əsasən borclular X1, X2 və ondan müştərək qaydada ləğv prosesində olan LPO "xxxx" ASC-nin xeyrinə cəmi 6171,81 manat borc və ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar onun mülkiyyətində olan Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən 1.3430 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, artıq zərurət aradan qaldırılmış və tələbkar LPO "xxxx" ASC-nə olan 6171,81 manat borc və 30 manat dövlət rüsumu tam şəkildə banka ödənilmişdir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 01.04.2022-ci il tarixli qərarı ilə Şamaxı rayon məhkəməsinin 2(074)-336/2020 saylı 03.11.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru və tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli 8(074)-30/2022 saylı qərardadının surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli 2(074)-336/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən 1.3430 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 01.04.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, borc məbləği Borclu tutularaq tələbkar LPO "xxxx" ASC-yə ödənildiyindən Şamaxı rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli 2(074)-336/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədi üzrə Borclu barəsində olan icra sənədi üzrə borc məbləği borcludan tutularaq tələbkarın xeyrinə ödənildiyindən, beləliklə borclunun torpağı üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbsin saxlanılması üçün heç bir zərurət olmadığından, ərizə təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 17.02.2022ci il tarixli 8(074)-30/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən 1.3430 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqdimat təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli 8(074)-30/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən 1.3430 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-61/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-61/2022
21.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver