Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-62/2023 06.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İcra məmuru Orxan Novruzovun iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov məhkəməyə təqdimatla müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-780/2021 saylı icra vərəqəsinin icrası məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 780/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu tələbkar Bank of Bank ASC-nin xeyrinə cəmi 9122,78 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunan icra sənədi müvafiq olaraq xx.xx.2021-ci il tarixdə şöbəyə daxil olmuş və icra sənədinin icraatına başlanılaraq icra tədbirləri aparılmışdır.İcraata başlamaq haqqında qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmiş və eyni zamanda icra sənədlərində nəzərdə tutulmuş borclarını ödəməsi məqsədi ilə onunla telefon əlaqəsi saxlanılmış və borclu şöbəyə dəvət olunmuşdur. Borclu qalıq borcu 8000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən icra məmuru Orxan Novruzov izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 780/2021 saylı icra sənədindən görünür ki, Borclu tələbkar Bank of Bank ASC-nin xeyrinə cəmi 9122,78 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-780/2021 saylı icra sənədi üzrə icra məmuru tərəfindən İcraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu icra sənədində göstərilən tələbin könüllü icrası təklif edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda, icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda, icra məmurunun təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, müəyyən hərəkətlərin edilməsinin vacibliyi göstərilmişdir. Lakin iş materiallarından görünür ki, icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, yuxarıda qeyd olunan hərəkətləri tam olaraq yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 780/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatı təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şamaxı Rayon Məhkəməsinin 2(074)-780/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatı təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №8(074)-62/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-62/2023
06.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver