Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-63/2022 19.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev məhkəməyə təqdimatla müraciət edərək Şamaxı rayon məhkəməsinin 2(074)-2041/2017 saylı 10 avqust 2017ci il tarixli icra sənədinin icra edilməsi məqsədi ilə Borclu məcburi gətirilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-2041/2017 saylı, 10.08.2017-ci il tarixli icra sənədinə əsasən X1, X3 və Borclu müştərək qaydada 2850,59 manat əsas və 845,76 manat faiz, cəmi 3696,35 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu kreditor Tələbkar QSC-nin tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar Şamaxı şəhəri, H.Məmmədov küçəsi ev 22-də qeydiyyatda olan Borclu dəfələrlə rəsmi qaydada şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan 3696,35 manat banka olan borcunu və 20 manat ödənilmiş dövlət rüsumunu bu günədək edəməyərək icra sənədinin icrasından qəsdən və bilərəkdən yayınmışdır. Şamaxı şəhəri, H.Məmmədov küçəsi ev 61 A-da qeydiyyatda olan Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından qəsdən bilərəkdən yayınır. Məhkəmədən Şamaxı şəhəri, H.Məmmədov küçəsi ev 61 A-da qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Borclu polis vasitəsilə Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli 2(074)2041/2017 saylı məhkəmə əmrinə əsasən borclular- X2, X3 və Borclu müştərək qaydada 2850,59 manat əsas və 845,76 manat faiz, cəmi 3696,35 (üç min altı yüz doxsan altı manat 35 qəpik) manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu kreditor Tələbkar Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, Borclu dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan icra sənədi üzrə borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 05 sentyabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borcluya 10 gün müddətində icranı könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 05 sentyabr 2017-ci il tarixli könüllü icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin könüllü icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 18 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Borclu məcburi qaydada Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən edildi ki, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra məmurunun çağırışlarına gəlməkdən üzürsüz səbəbdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, Borclu məcburi qaydada Şamaxı rayon İcra və Probasiya şöbəsinə gətirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası, icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxxx 1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı şəhəri H.Məmmədov küçəsi 61 A saylı evdə qeydiyyatda olan Borclu məcburi qaydada Şamaxı rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(074)-63/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-63/2022
19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver