Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-65/2022 21.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Borclu iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Babək İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, borclu Şamaxı rayonu Göylər kəndində qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Borclu Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 24 may 2021-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-628/2021 saylı, 16.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən birgə nikahdan doğulmuş 18.05.2008-ci il təvəllüdlü X4, 17.08.2009-cu il təvəllüdlü X2 və 29.05.2016-cı il təvəllüdlü X6 anaları X1 yanında qalmalıdır. Borclu X1 xeyrinə, 18.05.2008-ci il təvəllüdlü X4, 17.08.2009-cu il təvəllüdlü X2 və 29.05.2016- cı il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün 20.11.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Borclu dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan icra sənədi üzrə yaranmış 2235 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borcluya dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Borclu, yaranmış aliment borcunu tələbkarın xeyrinə ödəməyərək icra sənədinin icrasından yayınmışdır. İcra sənədinin icrası ilə əlaqədar olaraq Borclu icra sənədi üzrə tələbin təmin edilməsi üçün Şamaxı rayon icra və probasiya şöbəsinə çağırılsa da, o şöbəyə gəlməkdən qəsdən yayınmış, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, Şamaxı rayon icra və probasiya şöbəsi tərəfindən hər dəfə çağırılan zaman o, icra şöbəsinə getmişdir. Ona məhkəmə bildirişi gəldiyi üçün o, məhkəməyə gəlmişdir. Buna görə də təqdimatın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.05.2021ci il tarixli 2(003)-628/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, birgə nikahdan doğulmuş 18.05.2008-ci il təvəllüdlü X4, 17.08.2009-cu il təvəllüdlü X2 və 29.05.2016-cı il təvəllüdlü X6 anaları X1 yanında qalmalıdır. Borclu X1 xeyrinə, 18.05.2008-ci il təvəllüdlü X4, 17.08.2009-cu il təvəllüdlü X2 və 29.05.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20.11.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 24.05.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli 2(003)-628/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və Borclu tələbin dərhal icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan “borclunun məcburi gətirilməsi haqqında” 15.03.2022-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şamaxı rayon İcra və probasiya şöbəsi tərəfindən Borclu icra şöbəsinə çağırılması və onun şöbəyə gəlməməsi barədə sübutlar materiala əlavə edilməmiş, eyni zamanda Borclu məcburi gətirilməsi barədə qərarın ona göndərilməsini təsdiq edən sənədlər təqdimata əlavə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Borclu məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu məcburi gətirilməsi barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək İsmayılovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-65/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-65/2022
21.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver