Məhkəmə qərarları › İş №8(074)-66/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-66/2022

21.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-66/2022 21.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Borclu iştirakı ilə, Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin 8(074)- 215/2017 saylı 06 noyabr 2017-ci il tarixli saylı qərardadının ləğv edilərək, ona məxsus “VAZ 21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1517/2017 saylı 01.06.2017-ci il tarixli məhkəmə əmrinə borclu X1 və ondan müştərək qaydada cəmi 536.30 manat borc və ödənilmiş 20 dövlət rüsumu tutulub, tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Şamaxı rayon Məhkəməsinin 8(074)-215/2017 saylı 06 noyabr 2017-ci il tarixli qərardadı ilə onun mülkiyyətində olan “VAZ 21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respulikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə“ 28.02.2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü üçün Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 19 dekabr 2019-cu il tarixli qərarı ilə Şamaxı rayon Məhkəməsinin 2(074)-1517/2017 saylı 01.06.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir Məhkəmə iclasında iştirak edən Borclu ərizəsinə uyğun izahat verərək ona məxsus “VAZ 21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 01.06.2017-ci il tarixli 2(074)-1517/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular X2 və Borclu müştərək qaydada, 444.50 manat əsas borc,46.80 manat faiz borcu və 45.00 manat cərimə borcu olmaqla, cəmi 536.30 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul məbləği alınaraq BOKT "xxxx" MMC-yə verilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 06.11.2017-ci il tarixli 8(074)- 215/2017 qərardadının surətindən görünür ki, Borclu mülkiyyətində olan “VAZ 21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı, avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 19.12.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 01.06.2017-ci il tarixli 2(074)-1517/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu barəsində olan icra sənədi üzrə icraata xitam veridyindən, beləliklə borclunun avtomobili üzərinə məhkəmənin qərarı ilə qoyulmuş həbsin saxlanılması üçün heç bir zərurət olmadığından, ərizə təmin olunmalı, Şamaxı Rayon Məhkəməsinin 06.11.2017-ci il tarixli 8(074)-215/2017 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21063” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizə təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin 06.11.2017-ci il tarixli 8(074)-215/2017 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar