Məhkəmə qərarları › İş №8(074)-68/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-68/2022

26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-68/2022 26.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin 2(074)-1078/2021 saylı 12 oktyabr 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)- 1078/2021 saylı, 12.10.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 3150 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb Tələbkar verilməlidir. İcra sənədi 06.12.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmiş və eyni zamanda icra sənədində nəzərdə tutulmuş 3150 manat borcunu ödəməsi məqsədi ilə borclu xəbərdar olunmuşdur. Tələbkar 10.03.2022-ci il tarixdə Şöbəyə ərizə ilə müraciət edərək Borclu ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmasını xahiş etmişdir. Məhkəmədən Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Tələbkar Dosməməd oğlu təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə icra məmuru və borclu məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(074)-1078/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 3150 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul alınıb Tələbkar verilməlidir. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 06 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 06 dekabr 2021-ci il tarixli icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 84-1.1 maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu 19 sentyabr 1984-cü ildə Şamaxı rayonu Məlhəm kəndində anadan olmuş, həmin kənddə yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar