Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-68/2023 12.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu adına olan Şamaxı rayonu, Hacılı kəndində yerləşən 2,0611 ha və 0,9034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin e-2(074)- 1132/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu "xxxx" ASC-nin xeyrinə 1561 manat əsas məbləğ üzrə, 181,56 manat faiz üzrə, 16,52 manat cərimə, cəmi 1759,08 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 38 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Samaxı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul olunub, tərəflərə göndərilərək, qanunamüvafıq qaydada icraya yönəldilmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə, icra tədbirləri həyata keçirilmiş və Borclu adına Şamaxı rayonu, Hacılı kəndində yerləşən 2,0611 ha və 0,9034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri aşkar olunmuşdur. Borclu qeyd olunan torpaq sahəsinin tam hüquqlu sahibidir və bu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK-nin və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********62 saylı arayışında öz əksini tapmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1132/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu "xxxx" ASC-nin xeyrinə 1561 manat əsas məbləğ üzrə, 181,56 manat faiz üzrə, 16,52 manat cərimə, cəmi 1759,08 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 38 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması təklif edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətindən görünür ki, Şamaxı rayonu, Hacılı kəndində yerləşən 2,0611 və 0,9034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Borclu və ailə üzvləri olan - X7, X1, X3, X4, X8, X2 ümumi birgə mülkiyyətindədir. Göründüyü kimi, 2,0611 və 0,9034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması xahiş olunan həmin torpaq sahələrinin mülkiyyətçilərindən olan X7, X1, X3, X4, X8 və X5 icra sənədi üzrə borclu deyildirlər və həmin torpaq sahələrinin üzərinə həbs qoyulması qeyd olunan şəxslərin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnər. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarına görə, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa və əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin e- 2(074)-1132/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu adına olan Şamaxı rayonu, Hacılı kəndində yerləşən 2,0611 ha və 0,9034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatı təmin olunmamalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1132/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu adına olan Şamaxı rayonu, Hacılı kəndində yerləşən 2,0611 ha və 0,9034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatı təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №8(074)-68/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-68/2023
12.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver