Məhkəmə qərarları › İş №8(074)-69/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-69/2022

28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-69/2022 28.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Borclu iştirakı ilə, Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan “Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Kürçaylı küçəsində yerləşən 0.03 ha, həyətyanı təyinatlı” torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)- 267/2021 saylı 30.04.2021-ci il tarixli icra sənədinə əsasən Borclu tələbkar "xxxx" MMCnin xeyrinə 6470 manat alınaraq verilməlidir. İcra qeydi 25.01.2022-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və 28.01.2022-ci il tarixində icraya yönəldilmişdir. İcra sənədinin məcburi icra olunması və qalıq borcun ödənilməsi məqsədilə icra tədbirləri həyata keçirilmiş və Borclu adına olan Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Kürçaylı küçəsində yerləşən 0.03 ha, həyətyanı təyinatlı torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına olan Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Kürçaylı küçəsində yerləşən 0.03 ha, həyətyanı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək təqdimatın təmin edilməməsini xahiş etdi. İcra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, icra məmuru bu barədə məhkəməyə məlumat verməsə də, tələbkar teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(074)- 267/2021 saylı icra sənədinin surətindən görünür ki, cavabdeh Borclu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 18.05.2019-cu il tarixli müqavilə üzrə 132 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 142 manat, 18.05.2019-cu il tarixli müqavilə üzrə 96 manat əsas, 28 manat cərimə olmaqla, cəmi 124 manat, 22.05.2019-cu il tarixli müqavilə üzrə 24 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 24 manat, 20.07.2019-cu il tarixli müqavilə üzrə 953 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 973 manat, 21.07.2019-cu il tarixli müqavilə üzrə 42 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 42 manat, 25.07.2019-cu il tarixli müqavilə üzrə 35 manat əsas, 0 manat cərimə olmaqla, cəmi 35 manat, 09.08.2019-cu il tarixli müqavilə üzrə 1593 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 1613 manat, 23.08.2019-cu il tarixli müqavilə üzrə 60 manat əsas, 15 manat cərimə olmaqla, cəmi 75 manat, 17.11.2019-cu il tarixli müqavilə üzrə 2052 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 2072 manat, 30.11.2019-cu il tarixli müqavilə üzrə 1320 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 1340 manat, ümumilikdə isə 6440 m anat borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 28.01.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(074)- 267/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 22 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Şamaxı Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(074)-267/2021 saylı icra sənədinin məcburi icasıilə əlaqədar aparılan icra tədbirləri nəticəsində ünvan 1 ünvanında qeydiyyatda olan 19.05.1975-ci il təvəllüdlü Borclu adına ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli torpaq sahəsinin olması məlum olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin çıxarışından görünür ki, Borclu adına Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Kürçaylı küçəsində yerləşən 0.03 ha, həyətyanı təyinatlı torpaq sahəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borclulardan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Kürçaylı küçəsində yerləşən 0.03 hektar həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmalı, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(074)-267/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ə. Kürçaylı küçəsində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar