Məhkəmə qərarları › İş №8(074)-70/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-70/2022

28.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-70/2022 28.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Borclu1 iştirakı ilə, Şamaxı rayon Məhkəməsinin 26.08.2016-cı il tarixli, 2(074)-592/2016 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək Şamaxı rayon Məhkəməsinin 26.08.2016-cı il tarixli, 2(074)-592/2016 saylı icra sənədi üzrə icraatın dayandırılması məsələsinə baxılmasını xahiş etmişdir. Daha sonra Şamaxı rayon İcra və Probasiya Şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu1 izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatı baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şamaxı rayon Məhkəməsinin 26.08.2016-cı il tarixli, 2(074)-592/2016 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar