Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-71/2023 13.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlıunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 2(074)-149/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtina etməsi barədə ərizəsinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Məhkəməsinin 2(074)-149/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Borclu ilə Tələbkar birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 anası Tələbkar yanında qalmalı, Borclu xx.xx.2016-cı il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment alınıb, Tələbkar verilməlidir. Hazırda Şamaxı Rayon Məhkəməsinin 2(074)-149/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Tələbkar ərizə ilə müraciət edərək, aliment tələbindən imtina etdiyini göstərmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, icra sənədi üzrə Borclu ilə qarşılıqlı razılığa gəldiklərindən, övladı X1 yetkinlik yaşına çatanadək aliment pulundan imtina edir və gələcəkdə Borclu qarşı hər hansı aliment tələbi olmayacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru və tələbkar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdiraraq hesab edir ki, tələbkarın tələbdən imtinası qəbul edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Belə olan halda məhkəmə hesab edir ki, tələbkarın alimentdən imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, ərizə təmin olunmalı, tələbkarın tələbdən imtinası qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-149/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi izrə Tələbkar aliment tələbindən imtinası qəbul edilsin. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №8(074)-71/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-71/2023
13.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver