Məhkəmə qərarları › İş №8(074)-72/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-72/2022

04.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-72/2022 04.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu X1 “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon məhkəməsinin 24.01.2018-ci il tarixli 8(074)-21/2018 saylı qərardadı ilə faktiki sahibliyində olan **-BD-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 24.01.2018-ci il tarixli 8(074)-21/2018 saylı qərardadına əsasən Şamaxı rayon İcra və Probasiya Şöbəsinin «borclunun əmlakının üzərinə həbs qoyulması» barədə təqdimatı təmin edilərək, - borclu X1 mülkiyyətində olan “KAMAZ 5511" yük markalı **-BD-***, “KAMAZ 5511" yük markalı **-BD-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ 5511" yük markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş avtomobillərin sırasında onun etibarnamə əsasında 05 may 2004-cü ildə Borclu 30 illik müddətinə etibarnamə əsasında aldığı **-BD-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511" yük markalı avtomobil də, vardır. Ona verilmiş etibarnamənin müddəti 02.02.2039-cu il tarixə kimi olduğundan, həmin avtomobili öz adına rəsmiyyətə salmamışdır. Borclu avtomobili alan zaman həmin avtomobil üzərində hər hansı bir məhdudiyyətin və ya digər qadağaların olmaması səbəbindən avtomobillə bağlı hər hansı bir problemin olmaması onda avtomobilə görə arxayınçılıq yaratmışdır. Lakin bu yaxınlarda həmin faktiki mülkiyyətində olan **- BD-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511" yük markalı avtomobili idarə edən zaman onu Azərbaycan Respublikası DİN-nin DYP əməkdaşları saxlayaraq ona bildiriblər ki, idarə etdiyi avtomobil üzərinə Şamaxı rayon məhkəməsinin 24.01.2018-ci il tarixli 8(074)-21/2018 saylı qərardadına əsasən həbs qoyulmuş və bu həbs Şamaxı İcra və Probasiya şöbəsi tərəfindən icraçıya yönəlmişdir. Bundan sonra o avtomobilinin üzərinə qoyulmuş həbsin səbəbini öyrənmək üçün Şamaxı rayon İcra və Probasiya Şöbəsi ilə əlaqə saxladıqdan sonra, nəhayət avtomobilin üzərinə həbsin qoyulmasına səbəb olmuş Şamaxı rayon məhkəməsinin 24.01.2018-ci il tarixli 8(074)-21/2018 saylı qərardadının surətini və avtomobili ilə bağlı digər icra sənədlərini surətlərini əldə etmişdir. Hal-hazırda da, faktiki sahibi olduğu **-BD-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511" yük markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, 05.05.2004-cü il tarixdən həmin avtomobil hal-hazıra kimi, onun tərəfindən idarə olunaraq, ona faktiki sahiblik edir. Lakin Şamaxı rayon məhkəməsinin 24.01.2018-ci il tarixli 8(074)- 21/2018 saylı qərardadına əsasən avtomobilinin üzərinə həbs qoyulduğundan, o avtomobilindən sərbəst surətdə istifadə edə bilmir. Hər dəfə DYP əməkdaşları onu saxlayır və bu da, narazılıqlar, əsəb gərginliyi yaradır və onun mülkiyyət hüququnu pozur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 272.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli 2(074)- 2077/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər Borclu və X2 müştərək qaydada Accessbank QSC-nin xeyrinə 10559,03 manat kredit borcu, 2310,93 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12969,96 manat məbləğində borc və 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli 8(074)-21/2018 saylı qərardadının surətindən görünür ki, Borclu məxsus “KAMAZ 5511" yük markalı **-BD-***, “KAMAZ 5511" yük markalı **-BD-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ 5511" yük markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan ƏN-İİ 529120 saylı etibarnamənin surətindən görünür ki, Borclu **-BD- *** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511" yük markalı avtomobil X3 etibar edilmişdir. Etibarnamə 02 fevral 2039-cu il tarixədək qüvvədədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədi üzrə borc məbləği ümumilikdə 12996,96 manat olduğundan və Borclu məxsus “KAMAZ 5511" yük markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə və “KAMAZ 5511" yük markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin üzərinə həbs qoyulduğundan “KAMAZ 5511" yük markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizə təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli 8(074)-21/2018 saylı qərardadı **-BD-*** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511" markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar