Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-72/2023 13.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu əmlakının üzərinə həbs qoyulması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(074)- 1141/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Borclu adına qeydiyyata alınmış “Opel Astra minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatda göstərilir ki, xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış Şamaxı Rayon Məhkəməsinin 2(074)-1141/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclular Borclu və X1 müştərək qaydada ümumilikdə 5172,77 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə ödənilməlidr. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul olunaraq, borclulara bildiriş göndərilmişdir. Borclu barəsində müvafiq banklara və təşkilatlara əmlak sorğuları edilmiş, Borclu adına alınmış “Opel Astra minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması müəyyən olunmuşdur. Odur ki, qeyd olunan avtomaşınların üzərinə həbs qoyulması məqsədəmüvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1141/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqsinə əsasən, Borclu və X1 müştərək qaydada Tələbkar ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müaviləsi üzrə 5077,63 manat əsas borc, 85,14 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, ümumilikdə 5172,77 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, Borclu ilə Tələbkar ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən İcraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Borclu adına “Opel Astra minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmiş və hazırda məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmurunun təqdimatı təmin edilməli, Borclu adına qeydə alınmış “Opel Astra minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanları və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu adına qeydə alınmış “Opel Astra minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №8(074)-72/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-72/2023
13.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver