Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-73/2022 04.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon məhkəməsinin 8(074)- 37/2022 saylı 03 mart 2022-ci il tarixli qərardadının ləğv edilərək ona məxsus **-OG-*** qeydiyyat nişanlı “VAZ 21074” minik markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 2(074)-2289/2017 saylı 13 sentyabr 2017-ci il tarixli icra sənədinə əsasən borclular X1, X2 və ondan müştərək qaydada cəmi 3396,15 manat borc və dövlətə ödənilmiş 20 manat rüsum tutulub TələbkarQSC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Şamaxı rayon məhkəməsinin 8(074)- 37/2022 saylı 03 mart 2022-ci il tarixli qərardadı ilə onun mülkiyyətində olan **-OG-*** qeydiyyat nişanlı “VAZ 21074” minik markalı avtomobilimin üzərinə həbs qoyulmuşdur. Ailənin yeganə qazanc gətirəni odur. Ondan başqa ailəsində işləyən yoxdur. Avtomobilin həbsdə olması isə onun və ailəsinin maddi durumunu olduqca çətin vəziyyətə salır. O, borcunu 2 ay müddətində banka ödəyəcəyi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə də məlumat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 03.03.2022-ci il tarixli 8(074)-37/2022 qərardadının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli 2(074)-2289/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “** OG *** qeydiyyat nişanlı, VAZ 21074 minik markalı” avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli 8(074)- 5/2022 qərardadının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 13.09.2017-ci il tarixli 2(074)-2289/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “** OG *** qeydiyyat nişanlı, VAZ 21074 minik markalı” avtomobilin üzərinə həbs qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin 03.03.2022-ci il tarixli 8(074)-37/2022 saylı qərardadı ilə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizə təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin 03.03.2022-ci il tarixli 8(074)- 37/2022 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-73/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-73/2022
04.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver