Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-75/2022 19.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Şamaxı şəhəri, M.Hüseynzadə küçəsi ev 29-da qeydiyyatda olan 01.07.1954-cü il təvəllüdlü Borclu polis vasitəsilə Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 16.12.2019-cu il tarixli qərarla icraatına başlanılmış, Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-3171/2019 saylı, 09.12.2019-cu il tarixli icra sənədinə əsasən borclular X3, Borclu 1000 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 800 manat dəyərində üzük, sırğa dəsti və 600 manat dəyərində 2 ədəd üzüklər və ya onların pulla dəyəri 2400 manat pul alınıb Tələbkar verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Şamaxı şəhəri, M.Hüseynzadə küçəsi ev 29-da qeydiyyatda olan Borclu dəfələrlə rəsmi qaydada şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan əmlak tələbinə dair icra sənədinin icrasından yayınmışdır. Beləliklədə Şamaxı şəhəri, M.Hüseynzadə küçəsi ev 29-da qeydiyyatda olan Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli 2(074)-3171/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2(074)-223/2018 saylı qətnaməsi qismən-“cavabdeh X1 1000 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 800 manat dəyərində üzük, sırğa dəsti və 600 manat dəyərində 2 ədəd üzüklər və ya onların pulla dəyəri 2400 manat pul alınıb Tələbkar verilsin” hissəsində ləğv edilməlidir və iddia həmin hissədə təmin edilməməlidir. Qətnamə-“cavabdehlər X3, Borclu 1000 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 800 manat dəyərində üzük, sırğa dəsti və 600 manat dəyərində 2 ədəd üzüklər və ya onların pulla dəyəri 2400 manat pul alınıb Tələbkar verilməlidir” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 19.12.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli 2(074)-3171/2019 saylı icra sənədi üzrə icraata başlanılmış və Borclu tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan “borclunun məcburi gətirilməsi haqqında” 07.04.2022-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Borclu ünvanlanmış 19.03.2020-ci il tarixli 876/4 saylı xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli 2(074)-3171/2019 saylı icra sənədi üzrə olan borcunu təcili olaraq tam şəkildə ödəməsi və bu barədə qəbzlə birlikdə Şamaxı rayon icra və probasiya şöbəsində olması, ödəməyəcəyi təqdirdə barəsində axtarış elan olunacağı, məcburi gətirilmə barədə məhkəməyə təqdimat veriləcəyi və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında“ Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli 2(074)-3171/2019 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Şamaxı rayon icra və probasiya şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şamaxı şəhəri, M.Hüseynzadə küçəsi ev 29-da qeydiyyatda olan 01.07.1954-cü il təvəllüdlü Borclu Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-75/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-75/2022
19.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver