Məhkəmə qərarları › İş №8(074)-76/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-76/2022

20.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-76/2022 20.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu iştirakı ilə onun tərəfindən Şamaxı rayon İcra və Probasiya şöbəsinin 18 mart 2022-ci il tarilxi qərarından verilmiş şikayətə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(074)-111/2017 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu "xxxx" QSC-nin xeyrinə 18.12.2014-ci il tarixli kredit müqaviləsi üzrə AccesBank QSC-nin xeyrinə 19005,33 ABŞ dolları məbləğində kredit borcu, 3362,07 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22467,40 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalı, tələb Şamaxı şəhəri, Tərlan Əliyarbəyov küçəsində Borclu mülkiyyətində olan 0.0718 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.8 kv.m yaşayış, 52.6 kv.m yardımçı, 114.4 kv.m ümumi sahədən ibarət (Liter B-də 1 mərtəbəli, tikintialtı sahəsi 6.9 kv.m olan sanitar qovşağı, Liter C-də 1 mərtəbəli, tikintialtı sahəsi 16.9 kv.m olan mətbəx, Liter 1-də tikintialtı sahəsi 51.2 kv.m olan talvar, Liter 2-də tikintialtı sahəsi 5.0 kv.m olan hasar və Liter 3-də qapı daxil olmaqla) 34 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi açıq hərracda ilkin satış qiyməti 42000 manat müəyyən edilməklə satılmalı və onun satışından əldə olunan pul vəsaiti hesabına cavabdeh Borclu 18.12.2014-cü il tarixli 036R********** saylı kredit müqaviləsi üzrə cəmi 22467,40 ABŞ dolları və ödənilmiş dövlət rüsumu 61 manat məbləğində pul iddiaçı AccesBank QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Borclu, X2 və X5 ümumi qaydada tutulmalı, Şamaxı rayon İHB-nın Şamaxı şəhər İƏD üzrə nümayəndəliyinin 09.12.2014-cü il tarixli 5609 saylı arayışına əsasən Şamaxı şəhəri, Tərlan Əliyarbəyov küçəsində Borclu mülkiyyətində olan 0.0718 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.8 kv.m yaşayış, 52.6 kv.m yardımçı, 114.4kv.m ümumi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X9, Borclu, X1, Ablay (Məmmədova) Minayə İlyas qızı, Əsgərova (Məmmədova) Günel İlyas qızı və X4 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməli, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı, torpaq sahəsi və fərdi yaşayış evi boşaldılmalı və Tələbkar QSC-nə təhvil verilməli, cavabdeh Borclu ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin VÖEN **********, Hesab NAZN, AZ66AİİB********************, Ünvan: Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə, Bank: "xxxx" ASC-nin Nərimanov filialı, VÖEN**********, Müxbir Hesab: AZ37NABZ******************** KOD 200093, SWİFT AİİBAZ2X hesabına köçürülməlidir. İş materiallarında olan Accessbank QSC-nin Xırdalan filialının 17 fevral 2022-ci il tarixli 77 saylı məktubunda göstərilir ki, ipoteka müqaviləsi ilə təmin olunmuş Accessbank QSC ilə Borclu arasında bağlanmış 11 dekabr 2014-cü il tarilxi 036L**********09 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclu öz öhdəliklərini icra edərək təminatlı kredit borcunu ödəmişdir. Şamaxı rayon İcra və Probasiya şöbəsinin 18 mart 2022-ci il tarixli qərarı ilə borclular X9, Borclu, X1 və Ablay (Məmmədova) Minayə İlyas qızı, Əsgərova (Məmmədova) Günel İllyas qızı və X3 2673,62 manat məbləğində icra ödənişi alınması və icra ödənişinin 25 faizi məbləğinin dövlət büdcəsinə, qalan hissəsi icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. Hazırda Borclu Şamaxı rayon İcra və Probasiya şöbəsinin 18 mart 2022-ci il tarilxi qərarından şikayət edərək, Şamaxı rayon İcra və Probasiya şöbəsinin 18 mart 2022-ci il tarilxi qərarını qismən ləvğ edib 1333,51 manat pulun gəlirinin 25 faizinə yönəlsilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verib göstərdi ki, Şamaxı rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(074)-111/2017 saylı qərarı ilə iddia qismən təmin edilmiş, ondan "xxxx" QSC-nin xeyrinə 18.12.2014-ci il tarixli kredit müqaviləsi üzrə AccesBank QSC-nin xeyrinə 19005,33 ABŞ dolları məbləğində kredit borcu, 3362,07 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22467,40 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Şamaxı şəhəri, Tərlan Əliyarbəyov küçəsində Borclu mülkiyyətində olan 0.0718 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.8 kv.m yaşayış, 52.6 kv.m yardımçı, 114.4 kv.m ümumi sahədən ibarət (Liter B-də 1 mərtəbəli, tikintialtı sahəsi 6.9 kv.m olan sanitar qovşağı, Liter C-də 1 mərtəbəli, tikintialtı sahəsi 16.9 kv.m olan mətbəx, Liter 1-də tikintialtı sahəsi 51.2 kv.m olan talvar, Liter 2-də tikintialtı sahəsi 5.0 kv.m olan hasar və Liter 3-də qapı daxil olmaqla) 34 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi açıq hərracda ilkin satış qiyməti 42000 manat müəyyən edilməklə satılması və onun satışından əldə olunan pul vəsaiti hesabına cavabdeh Borclu 18.12.2014-cü il tarixli 036R********** saylı kredit müqaviləsi üzrə cəmi 22467,40 ABŞ dolları və ödənilmiş dövlət rüsumu 61 manat məbləğində pulun iddiaçı AccesBank QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Borclu, X2 və X5 ümumi qaydada tutulması, Şamaxı rayon İHB-nın Şamaxı şəhər İƏD üzrə nümayəndəliyinin 09.12.2014-cü il tarixli 5609 saylı arayışına əsasən Şamaxı şəhəri, Tərlan Əliyarbəyov küçəsində Borclu mülkiyyətində olan 0.0718 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.8 kv.m yaşayış, 52.6 kv.m yardımçı, 114.4kv.m ümumi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X9, Borclu, X1, Ablay (Məmmədova) Minayə İlyas qızı, Əsgərova (Məmmədova) Günel İlyas qızı və X4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və Tələbkar QSC-nə təhvil verilməsi, cavabdeh Borclu ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin VÖEN **********, Hesab NAZN, AZ66AİİB********************, Ünvan: Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə, Bank: "xxxx" ASC-nin Nərimanov filialı, VÖEN**********, Müxbir Hesab: AZ37NABZ******************** KOD 200093, SWİFT AİİBAZ2X hesabına köçürülməsi qət edilmişdir. Onun tərəfindən borc tamamilə ödənilmişdir. Accessbank QSC-nin Xırdalan filialının 17 fevral 2022-ci il tarixli 77 saylı məktubunda göstərilri ki, ipoteka müqaviləsi ilə təmin olunmuş Accessbank QSC ilə Borclu arasında bağlanmış 11 dekabr 2014-cü il tarilxi 036L**********09 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclu öz öhdəliklərini icra edərək təmiantlı kredit borcunu ödəmişdir. Şamaxı rayon İcra və probasiya şöbəsinin 18 mart 2022-ci il tarixli qərarı ilə borclular X9, Borclu, X1 və Ablay(Məmmədova) Minayə İlyas qızı, Əsgərova (Məmmədova) Günelİilyas qızı və X3 2673,62 manat məbləğində icra ödənişi alınması və icra ödənişinin məbləği 25 faizi dövlət büdcəsinə, qalan hissəsi icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. Şamaxı rayon İcra və probasiya şöbəsinin 18 mart 2022-ci il tarilxi qərarını qismən ləğv edib 1333,51 manatın 7 faizinin ödənilməsi maddi vəziyyətimi nəzərə alaraq gəlirindən 25 faizi tutulmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə digər tərəflər məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Şamaxı rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(074)-111/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu "xxxx" QSC-nin xeyrinə 18.12.2014-ci il tarixli kredit müqaviləsi üzrə AccesBank QSC-nin xeyrinə 19005,33 ABŞ dolları məbləğində kredit borcu, 3362,07 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22467,40 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Şamaxı şəhəri, Tərlan Əliyarbəyov küçəsində Borclu mülkiyyətində olan 0.0718 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.8 kv.m yaşayış, 52.6 kv.m yardımçı, 114.4 kv.m ümumi sahədən ibarət (Liter B-də 1 mərtəbəli, tikintialtı sahəsi 6.9 kv.m olan sanitar qovşağı, Liter C-də 1 mərtəbəli, tikintialtı sahəsi 16.9 kv.m olan mətbəx, Liter 1-də tikintialtı sahəsi 51.2 kv.m olan talvar, Liter 2-də tikintialtı sahəsi 5.0 kv.m olan hasar və Liter 3-də qapı daxil olmaqla) 34 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi açıq hərracda ilkin satış qiyməti 42000 manat müəyyən edilməklə satılsın və onun satışından əldə olunan pul vəsaiti hesabına cavabdeh Borclu 18.12.2014-cü il tarixli 036R********** saylı kredit müqaviləsi üzrə cəmi 22467,40 ABŞ dolları və ödənilmiş dövlət rüsumu 61 manat məbləğində pul iddiaçı AccesBank QSC-yə ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Borclu, X2 və X5 ümumi qaydada tutulsun, Şamaxı rayon İHB-nın Şamaxı şəhər İƏD üzrə nümayəndəliyinin 09.12.2014-cü il tarixli 5609 saylı arayışına əsasən Şamaxı şəhəri, Tərlan Əliyarbəyov küçəsində Borclu mülkiyyətində olan 0.0718 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61.8 kv.m yaşayış, 52.6 kv.m yardımçı, 114.4kv.m ümumi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X9, Borclu, X1, Ablay (Məmmədova) Minayə İlyas qızı, Əsgərova (Məmmədova) Günel İlyas qızı və X4 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilsin, onlar həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılsın, torpaq sahəsi və fərdi yaşayış evi boşaldılsın və Tələbkar QSC-nə təhvil verilməsi, cavabdeh Borclu ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin VÖEN **********, Hesab NAZN, AZ66AİİB********************, Ünvan: Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə, Bank: "xxxx" ASC-nin Nərimanov filialı, VÖEN**********, Müxbir Hesab: AZ37NABZ******************** KOD 200093, SWİFT AİİBAZ2X hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Accessbank QSC-nin Xırdalan filialının 17 fevral 2022-ci il tarixli 77 saylı məktubunda göstərilir ki, ipoteka müqaviləsi ilə təmin olunmuş Accessbank QSC ilə Borclu arasında bağlanmış 11 dekabr 2014-cü il tarilxi 036L**********09 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclu öz öhdəliklərini icra edərək təminatlı kredit borcunu ödəmişdir. İş materiallarında olan AccessBank QSC-nin Xırdalan filialının X7 ünvanlanmış 17 fevral 2022-ci il tarixli 78 saylı məktubda göstərilir ki, Sizinlə Bank arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 036R********** nömrəli kredit razılaşması üzrə 22000 ABŞ dolları məbləğində (kredit kodu- ***-***-**-**-**********44) kredit öhdəliyinizi tam olaraq yerinə yetirmisiniz. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 18 mart 2022-ci il tarixli qərarı ilə borclular X9, Borclu, X1 və Ablay (Məmmədova) Minayə İlyas qızı, Əsgərova (Məmmədova) Günel İlyas qızı və X3 2673,62 manat məbləğində icra ödənişi alınması və icra ödənişinin məbləği 25 faizi dövlət büdcəsinə, qalan hissəsi icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 may 2022-ci il tarixli arayışından görünür ki, Borclu həyat yoldaşı 1963-cü il təvəllüdlü X1, oğlu 1993-cü il təvəllüdlü X10, gəlini X11, nəvələri 2015-ci il təvəllüdlü X6, 2016-cı il təvəllüdlü Borclu Ramiz oğlu, 2017-ci il təvəllüdlü X12 ilə birlikdə Şamaxı şəhəri T.Əlyarbəyov küçəsi 34 saylı evdə yaşayırlar. Beləliklədə, məhkəmə iclasında müəyyən olundu ki, borclu icra sənədi üzrə ödənişi təyinatı üzrə tam ödəmişdir. İcra məmurunun 18 mart 2022-ci il tarixli qərarı ilə icra ödənişinin 25 faizinin dövlət büdcəsinə, qalan hissəsi icra məmurlarının xüsusi fonduna köçürülməlidir. Lakin borclu banka ödədiyi 11206 ABŞ dollarını 7 faizini yəni 784,42 ABŞ dollalrı (1333,51 manat) təşkil etdiyini göstərərək həmin məbləğin hər ay qazancının 25 faizinə yönəldilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şamaxı rayon icra və probasiya şöbəsinin 18 mart 2022-ci il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayət təmin edilməli, Şamaxı rayon icra və probasiya şöbəsinin icra ödənişinin alınması haqqında 18 mart 2022-ci il tarixli qərarı qismən ləv edilməli, Borclu ailə vəziyyətini, maddi durumunu nəzərə alaraq ondan icra ödənişinin 1333,51 manat məbləği hər ay onun qazancının 25 faizinə yönəldilməklə tutulmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şamaxı rayon icra və probasiya şöbəsinin 18 mart 2022-ci il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Şamaxı rayon icra və probasiya şöbəsinin icra ödənişinin alınması haqqında 18 mart 2022-ci il tarixli qərarı qismən ləv edilsin, Borclu icra ödənişinin 1333,51 manat məbləği hər ay onun qazancının 25 faizinə yönəldilməklə tutulsun. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar