Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-77/2022 24.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu Allaverdi oğlunun məcburi gətirilməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan 15.08.1978-ci il təvəllüdlü Borclu polis vasitəsilə Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 1197/2021 saylı, 27.12.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X1 və X2 108.LN. 1676.271219.00002 saylı, 27 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 6680,69 manat bundan 6600,04 manat əsas, 80,65 manat faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan Borclu dəfələrlə rəsmi və şifahi qaydada şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan borc məbləğini ödəməyərək icra sənədinin icrasından yayınmışdır. Beləliklədə Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli 2(074)-1197/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, Borclu, X1 və X2 108.LN. 1676.271219.00002 №-li, 27 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 6680,69 manat bundan 6600,04 manat əsas, 80,65 manat faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır İş materiallarında olan Şamaxı rayon icra şöbəsinin 16.02.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli 2(074)- 1197/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və Borclu Allaverdi oğluna tələbin dərhal icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan “borclunun məcburi gətirilməsi haqqında” 28.04.2022-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında“ Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, borclu Bədəlov X3 Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli 2(074)-1197/2021 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Şamaxı rayon icra və probasiya şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Şamaxı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan 15.08.1978-cı il Bədəlov X3 rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-77/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-77/2022
24.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver