Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-78/2022 24.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Borclu “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, onun adına olan “X4” minik markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon məhkəməsinin 10.04.2017-ci il tarixli 2(074)-916/2017 saylı icra sənədinə əsasən ondan və digər borcu X1 müştərək qaydada cəmi 1440,15 ABŞ dolları məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu tutulub, tələbkar “FİNCA Azerbaijan” MMQBKT-yə ödənilməlidir. Həmin kredit borcumun olması səbəbindən kreditorun müraciəti əsasında məcburi icra tədbiri olaraq Şamaxı rayon Məhkəməsinin 8(074)-132/2021 saylı, 27.09.2021 -ci il tarixli qərardadı ilə onun adına olan “X4” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. “FİNCA Azerbaijan” MMQBKT-yə nəğd pul krediti borcun hamısı ödənilmişdir. Bu səbəbdən “FİNCA Azerbaijan” MMQBKT tərəfindən Şamaxı rayon icra və Probasiya Şöbəsinə 2022/999/594 saylı, 11 yanvar 2022-ci il tarixli ərizə göndərilmişdir. Həmin ərizədə onun və digər borclu X2 tərəfindən “FİNCA Azerbaijan” MMQBKT-yə olan borcunun tam ödənildiyi qeyd olunmuş və bu əsasla 10.04.2017-ci il tarixli, 2(074)- 961/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən 27 yanvar 2022-ci il tarixdə Şamaxı rayon Məhkəməsinin 2(074)-961/2017 saylı, 10.04.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmiş və bu barədə Şamaxı rayon Məhkəməsinə həm də tərəflərə 626/4 saylı, 27.01.2022-ci il tarixli məktub və qərarla məlumat göndərilmişdir. Lakin Şamaxı rayon Məhkəməsinin 8(074)-132/2021 saylı, 27.09.2021-ci il tarixli qərardadı ilə adına olan “X4” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulması qərardadı qüvvədədir. İş üzrə borcun tamamilə ödənilməsi səbəbindən və Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata xitam verildiyindən adına olan “X4” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Borclu teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli 8(074)-132/2021 qərardadının surətindən görünür ki, Borclu adına “X4” minik markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 27.01.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 10.04.2017-ci il tarixli 2(074)-961/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Borclu mülkiyyətində olan “X4” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli 8(074)-132/2021 saylı qərardadı ilə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizə təmin edilsin. Borclu mülkiyyətində olan “X4” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Şamaxı Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli 8(074)-132/2021 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-78/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-78/2022
24.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver